Sumqayıtda Teymur Səmədovdan daha bir BİABIRÇILIQ: Seçkiyə müdaxilə prosesi

29-01-2020, 16:42           
Sumqayıtda Teymur Səmədovdan daha bir BİABIRÇILIQ: Seçkiyə müdaxilə prosesi
Sumqayıt şəhər icra başçısının birinci müavini Teymur Səmədov seçkilərə müdaxilə edir.

Bu barədə dosye.org-a etibarlı mənbə məlumat verib. Məlum məsələdir ki, məktəb direktorları seçki komissiyasının sədridir. Bunlardan istifadə edən T. Səmədov, dairə rəhbərlərinin işinə və eyni zaman da əlaqədə olan direktor və müəllim kollektivinə tapşırıq vermişdir ki, “sifarişli” namizədin seçilməsinə yardımçı olsunlar. Əldə etdiyimiz məlumatlara görə, T. Səmədov “sxeyirxah” işə hərtta qudasını da cəlb edib. Xatırladaq ki, birinci müavinin qudası Sumqayıt Mədəniyyət və Turizim İdarəsinin rəisi Mehman Şükürovdur.

Bu cür halların baş verməsi bir növ böyük qanun pozuntularıdır. Əlbətdə ki, icra hakimiyyətinin səlahiyyətli nümayindələrinin seçki prosesinə müdaxiləsi yol verilməzdir. Mənbə daha sonra əlavə edir ki, baş verən olaylardan Sumqayıt ŞİH başçsı Zakir Fərəcovun heç bir məlumatı yoxdur. Sadəcə T. Səmədov itirilmiş inamını bərpa etmək və Z. Fərəcovun yanında nüfüzünü qaldırmaq dəridən-qabığdan çıxır. Əslində, birinci müavini özünü gözə soxmaq deyil, hansısa namizədə verdiyi vədəni yerinə yetirir. Prezident İlham Əliyev çxışında vurğulamışdır ki, xalq seçiminə heç kim müdaxilə etməsin. Göürünür, prezidentin xəbərdarlığı T. Səmədovu maraqlandırmır.

Bir müddət öncə məlumat vermişdik ki, T. Səmədov icra başçısının adından, Sumqayıt şəhərin 70 illiyi ilə bağlı bir neçə idarə rəsindən yüksək məbləğdə pul alaraq, müqabilində onlara fəxri adların verəcəyinə söz vermişdir. Lakin verilən vədlər özünü doğrultmamış və təcili alınan pulları geri qaytarmışdır. Sumqayıt sakinlərinin sözlərinə görə Teymur Səmədov şəxsi güzəranını yaxşılaşdırmaq üçün qısa zaman çərçivəsində çox böyük işlər görüb. Vəzifəsindən sui-istifadə etmək yolu ilə. Teymur Səmədov Sumqayıt şəhər İcra Hakimiyəti başçısının birinci müavini vəzifəsini necə icra edir deyə bilmərik, ancaq vəzifəsindən sui-istifadə hallarını çox məharətlə icra etdiyi açıq görsənir. Bu günlərdə Teymur Səmədovun elə vəzifəsindən sui-istifadə halına yol verməsi şəhər sakinlərinin müzakirə obyektinə çevrilib.

Bir faktı nəzərinizə çatdıraq ki, T. Səmədov TŞ-nin müdiri işlədiyi zaman barəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılmış və bü günə kimi bağlanılmamışdır. Korrupsianer bir məmurun daha da yüksək vəzifə sahibinə çevrilməsi olduqca utanvericidir və eyni zaman da dövlət maraqlarına xidmət etmir.

Bu istiqamətdə araşdırmalarımız davam edir.

Qarşı trərəfin mövqeyini dərc etməyə hazırıq.

DOSYE.ORG












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.