Şəki DYP-nin inspektoru sərxoş vəziyyətdə avtoqəza törətdi

6-06-2020, 00:00           
Şəki DYP-nin inspektoru sərxoş vəziyyətdə avtoqəza törətdi
Azərbaycanda avtomobil qəzaları nəticəsində baş verən ölüm hadisələrinə demək olar hər gün rast gəlinir. Mobil və elektrotexniki vasitələrin çoxluğu bu cür hadisələrin gizlədilməsini demək olar ki,qaçılmaz edir. Azərbaycanın ən ucqar rayonlarında,kəndlərində belə,baş verən yol nəqliyyat hadisələrinin böyük əksəriyyətinin video görüntülərinə sosial şəbəkələrdə,elektron kütləvi informasiya vasitələrində dərhal yayılır.

Aktualinfo.org-a bu günlərdə Bakı-Qax magistral yolunun İsmayıllı rayon ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumatlar daxil olub. Yerli mənbənin verdiyi məlumata görə dünən Şəki şəhər Polis Şöbəsinin DYP baş inspektoru, baş leytenant Ramil Vaqif oğlu Adamov sərxoş vəziyyətdə idarə etdiyi xidməti avtomobili yüksək sürətlə ağaca vuraraq ağır qəza töətmişdir. Qəza nəticəsində qollları, ayaqları və sir-sifəti sınmışdır. Onu təcili olaraq Bakıya DİN-nin hospitalına çatdırmışlar. Bu həmin DYP işçisidir ki, sonuncu dəfə şəhid ailəsi olan Şəki rayon Aşağı Göynük kənd sakini Sadiq Əbdürəhimova 10 manat cəriməsi olduğuna görə 200 manat rüşvət verməsini tələb etmiş, niyyəti baş tutmadıqda isə ona məxsus Niva markalı avtomobilini qanunsuz olaraq qaçırmışdır. Şikayət etdiyinə görə xeyli maddi ziyana düşən R.Adamov S.Əbdürəhimovun əmisioğlu Mehdi Əbdürəhimovun mobil telefonuna zəng edərək şikayətini geri götürməyi tələb etmiş, və hədə-qorxu gəlmişdir. Şikayət geri götürülmədikdə isə noyabrın 19-da onun sifarişi əsasında şəhid ailəsi vəhşicəsinə döyülmüş, ağır bədən xəsarətləri almışdır. Baş vermiş hadisəni isə Şəki Polis şöbəsinin təhqiqatçıları və prokurorluğun müstəntiqi ört-basdır etmişlər.

Xatırlatmaq yerinə düşərdi ki, 2017-ci ilin oktyabrın 16-da R.Adamov “Region-Şəki”nin müxbiri, Şəki sakini Nicat Mirzəxanlını huşu itənədək Polis Şöbəsinə gətirərək vəhşicəsinə döydüyünə görə Şəki Polisində 102 xidmətinə daxil olan zəng əsasında Şəki Mərkəzi Xəstəxanasında araşdırma aparılmış və iş sonradan ört- basdır edilmişdir. R.Adamovun bizlərə məlum olan törətdiyi digər qanunazidd hadisə isə 11 iyun 2019-cu il tarixində Şəki şəhərində taksi sürücüsü Akif Məsimova qarşı olmuşdur.DYP işçisinin zorakılığa etiraz edən A.Məsimov özünə çoxsaylı bıçaq zərbələri vurmuş və sürücünün həyatını xəstəxanada edilən cərrahi əməliyyat zamanı xilas etmək mümkün olmuşdur.Hadisəilə bağlı Şəki Prokurorluğunda R.Adamovun işi araşdırılmış və birtəhər “canını” qurtarmışdır. A.Məsimov məsələilə bağlı 2019-cu ilin sonunda Şəkidə Daxili İşlər nazirinin qəbulunda olmuşdur. Azərbaycan sürücülərinə qarşı amansız və qəddar rəftarına baxmayaraq R.Adamov DİN-nin Baş Dövlət Yol Polisi İdarəsində çalışan həmkəndlisi olan ( Dəhnə kəndi) yüksək vəzifəli şəxsin himayəsi altında indiyədək fəaliyyətini davam etdirə bilmişdir. Baxmayaraq ki, son illər onun barəsində cinayət xrakterli şikayətlərin ardı arası kəsilməmişdir. DYP işçisinin sərxoş vəziyyətdə xidməti avtomobili yüksək sürətlə idarə edərək ağaca çırparaq ağır qəza keçirməsi barədə ictimaiyyətə heç bir məlumat verilməmişdir.

Aktualinfo.org-un başqa mənbələrdən əldə etdiyi məlumatlara görə Şəki DYP-nin inspektoru R.Adamov adı bizə məlum olmayan başqa bir iş yoldaşı ilə Bakı şəhərindən yeni avtomobil alaraq Şəkiyə qayıtdıqda yolda yeyib, içiblər. Sərxoş vəziyyətdə sükan arxasında oturmuş R Adamovun yüksək sürətlə idarə etdiyi avtomobil idarəetmədən çıxaraq yol kənarında ağaca çırpılıb. Nəticədə yuxarıda qeyd etdiyimiz kimi Adamov DİN-in Hospitalına çatdırılıb. Digər DYP işçisinin isə artıq işdən çıxarıldığı bildirilir. Maraqlıdır, R. Adamovu DYP-nin baş idarəsində oturan “qoruyucu mələyi” bu dəfə də xilas edə biləcəkmi?



Aktualinfo.orgшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.