Sumqayıtda pul çıxmayan işə baş qoşulmur FOTO

6-06-2020, 22:39           
Sumqayıtda pul çıxmayan işə baş qoşulmur FOTO
Teref.az yazır ki, saytımızın poçtuna Sumqayıt şəhər sakini Emin Hüseynov araşdırmasını göndərib. Emin bəy araşdırmada yazır:
Bir neçə gün öncə cənab Prezidentin Sumqayıt şəhərinin müasir led işıqlarla işıqlandırılması üçün 6 milyon manat vəsaiti ehtiyat fondundan Sumqayıt şəhərinin büdcəsinə köçürməsi xəbərini eşitdikdə bütün sumqayıtlılar sevindi.
Lakin yaxın keçmişə nəzər saldıqda görürük ki cəmi 5 il öncə Sumqayıt şəhərini xüsusən də axşamlar günün qaranlıq vaxtlarında rənga-rəng işıqlandıran şəhərin bir neçə yerində quraşdırılmış led küçə monitorları kimlər tərəfindənsə sökülüb yararsız hala salınmışdır ki, hal-hazırda işləməyərək maket kimi yerlərində qalmaqdadır. Sözsüz ki, bu küçə monitorları əsas küçə və prospektlərin işıqlanmasında əvəzsiz yer tuturdu. Lakin bu küçə monitorları bahalı qurğular olduğu üçün nəzarətsizlikdən istifadə edərək bu qurğuları söküb talan edib yararsız hala salıblar ki, bu baxımdan Sumqayıt şəhərinə son günlər ayrılmış altı milyon manat vəsait hesabına bu qurğuların təmiri və digər yeni led küçə monitorların quraşdırılması nəzərdə tutulur. Hal-hazırda pandemiya dövründə Covid-19 virusundan qorunmaq üsulları barədə Bakı şəhərində Küçə monitorlarında, Avtobuslarda və dayanacaqlarda davamlı olaraq marifləndirici məlumat lövhələri yayımlansa da Sumqayıt şəhərində bunlara rast gəlinmir. Sumqayıt şəhərində bu sahələrin hamısı kommersiya maraqlarının qurbanı olub. Avtobusların üzərində və dayanacaqlarda hansısa Taksi şirkətlərinin reklamları ilə bəzədilib. Küçə monitorları isə heç işləmir. Bu səbəbdən ayrılmış 6 milyon vəsaitin hansı istiqamətlərdə və hansı həcmdə xərclənəcəyi barədə kütləvi informasiya vasitələrinə məlumat verən yoxdur.
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az



















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.