Elçin Quliyev DSX-da nələrin baş verdiyini bilir? - DSX-da baş verənləri DSX zabitinin dilindən eşidin...FOTOFAKT

26-06-2020, 12:00           
Elçin Quliyev DSX-da nələrin baş verdiyini bilir? -  DSX-da baş verənləri DSX zabitinin dilindən eşidin...FOTOFAKT
Teref.az yazır ki, Dövlət Sərhəd Xidməti və Dövlət Xidmətinin rəisi Elçin Quliyevin barəsində zaman-zaman dövrü mətbutda da,elektron informasiya resurslarında da,sösial şəbəkələrdə də müxtəlif neqativ fikirlər hallanıb və bu gün də hallanmaqdadır.Haqqında yazılanlara baxmayaraq Elçin Quliyev bu gün də vəzifəsinin başındadır.Amma Dövlət Sərhəd Xidmətinin başda general-mayor Əfqan Nağıyev olmaqla bir neçə əməkdaşının həbs edilməsi onun özü ətrafında yaratdığı mifi artıq alt-üst edib.Bu gün Elçin Quliyevin rəhbəri olduğu Dövlət Xidmətində çox neqativ halların üstü açılmaqdadır.
Teref.az-a müraciət edən keçmiş DSX zabiti leytenant Fərd Əzizlinin yazdıqlarından:
Zaqatalada DSX əskrləri üçün nəzərdə tutulmuş yumurtalar marketdə satılır
Bu foto şəkil Bazarstore-in Zaqatala filialında çəkilib. Bu ərzaqlar DSX-in əsgərlərinə məxsusdur və satışdadır. DSX-in Zaqatalada yerləşən N saylı hərbi hissəsi var. Bu foto şəkli DSX-in polkovniki Natiq Abuzərliyə göndərsəmdə və bu barədə ətraflı məlumat versəmdə. Hələdə bir tədbir görmələri barədə açıqlama verməyiblər.
Qeyd: Teref.az yazır ki, media üstündən axtarış verdikdə qarşımıza şağıdakı məlumat çıxdı:" Dövlət Sərhəd Xidmətinin yuxarı eşalonunda Elçin Quliyevə ən yaxın şəxslərdən biri də polkovnik Natiq Abuzərlidir.Qeyd edək ki,adıçəkilən bu şəxs Eldar Mahmudovun rəhbəri olduğu kriminal MTN-nin sabiq işçilərindəndəndir. Nazirliyin Nərimanov rayon İdarəsinin rəisi olmuş Natiq Abuzərli 2013-ci ilin noyabrında təqaüd yaşına çatdığına görə pensiyaya göndərildiyi bildirilir.Başqa bir versiyaya görə isə Natiq Abuzərli işdə yol verdiyi nöqsanlara görə Eldar Mahmudov tərəfindən tutduğu vəzifəsindən azad edildiyi söylənilir. Bəs pensiya yaşına çatmış bir hərbçi necə olub ki,Dövlət Sərhəd Xidmətində mühüm vəzifəyə təyin edilib? Təbii ki, Elçin Quliyevin sayəsində. Amma çox maraqlıdır ki,xüsusi xidmət orqanları dövlət qulluğu hesab edildiyindən burada pensiyaya çıxmanın həddi 63 yaşdır.Bəs MTN-dən pensiyaya çıxan Natiq Abuzərlinin neçə yaşı olub ki,DSX-da yenidən işə düzələ bilib,sual yaranır.aktualinfo"




DSX-in Astara Sərhəd Keçid Məntəqəsində yüklər gömrük nəzarəti olmadan buraxır
Daha sonra teref.az-a yazan Fərid bəy: Bu foto şəkil DSX-in Astara Sərhəd Keçid Məntəqəsində, İranla Azərbaycan arasındakı sərhəd körpüsündə çəkilib. Bildiyimiz kimi vətəndaşlara əllə ölkədən aparmağa və ölkəyə gətirilməsinə icazə verillən yükün çəkisi 30 kq-dan çox olmamalıdır. Lakin foto şəkildə göründüyü kimi aparılan yük 30 kq deyil ondan 5 dəfə çox çəkidə yük aparır. Əlbətdəki bu şəxslər DSX-in şəxsi maraqlarına xidmət edənlərdi və bu qanuna zidd haldır. 30 kq dan çox yük aparan şəxsin müşayiət edici sənədləri olmalıdır. Bu yükü DSX-in Sərhəd Nəzarət Məntəqəsi gömrük nəzarəti olmadan buraxır.Bu barədə DSX-in polkovniki Natiq Abuzərliyə bildirmişəm. Lakin şəxslər barəsində hansı tədbir görülməsi barədə mənə məlumat erilməyib. Polkovnik Natiq Abuzərlinin sahib olduğu vəzifə DSX-da baş verəcək korrupsiya , qaçaqmal, narkotik ticarəti,insan alverinə qarşı mübarizədə bir başa cavabdeh şəxsdir. General Əfqan Nağıyevin korrupsiya əməlinə görə tutulmasına baxmayaraq, Natiq Abuzərli məsuliyətə cəlb olunmamışdır. Buda azmış kimi Natiq Abuzərli 18 avqust 2020-ci il tarixdə Cənab prezident tərəfindən general rütbəsi alacağını gözləyir.
Qeyd:"Son vaxtlar dövrü mətbuatda Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən qaçaqmalçılığın qarşısının alınması barədə görülən tədbirlər haqqında yayılan məlumatların Natıq Abuzərlinin bir aydan sonra General-mayor rütbəsi alması üçün hesablandığı bildirilir.Əslində isə sərhəd keçid məntəqələrindən hər gün külli miqdarda dəyəri olan qaçaq mallar keçirilir ki,burada Natiq Abuzərlinin və Dövlət Sərhəd Xidməti rəisinin payı var.aktualinfo"

Məhkumluğu olan şəxslər DSX-da yüksək vəzifədə işləyir
Keçmiş deputat "Quska" ləqəbli Hüseyn Abdullayevin anasının ölkədən başqa adla xarici ölkəyə gedib gəlməsi ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin keçmiş hərbi qulluqçuları-Həbib İbrahimov, Zaur Quliyev və Pərviz Kazımov cinayət məsuliyyətinə cəlb olunub həps olunsalarda, 02 aprel 2019-cu il tarixdə bu sərhədçilər məhkəmə iclasından ev dustaqlığına buraxılıblar. Maraqlı tərəfi budurki mayor Zaur Quliyev DSX-in rəisi general-polkovnik Elçin Quliyevin qohumudur və DSX-in rəisi Z.Quliyevin məhkumluğu olmasına baxmayaraq onu işinə bərpa etmiş ,hal-hazırda DSX-in Sərhəd Nəzarəti Şöbəsinin rəisi vəzifəsində çalışır. Axı məhkumluğu olan vətəndaş hərbi xidmətdə işləyə bilməz, bu qanunla qadağan olunub.

Bu səs yazmalarında məni Zaqataladakı meşəlik ərazının məhv edilməsinə göz yummağıma məcbur edilirəm.
Qeyd: Səs yazıları redaksiyamızdadır. Bəzi pronbleməri həll edəndən sonra onuda burda yerləşdirəcəyik! Səs yazısında q zaman zastavanın komandiri olmuş, indi hal hazırda DSX-nin aparatında xidmət keçən baş leytenant Osman Kərimli, zastavann zabiti leytenant Fərid Əzizliyə təzyiq edir ki, o meşənin qırılmasına müdaxilə etməsin."
Bilirəmki mənim DSX-in rəhbərliyinə qarşı qarayaxma apardığımı düşünənlərdə var,olsun. Əvvəlcə bildirimki DSX-də general-mayor Araz Məmmədov kimi nümunəvi, vətənpərvər sərhədçilərdə var. Qarayaxma apardığımı düşünənlərin fikirlərinə aydınlıq gətirmək istəyirəm. Zaqatalada xidmət etdiyim dövrdən şahid olduğum qanunsuz hadisələrdən birini açıqlayıram. DSX-in sərhədçilərinin xidmətinin təşkili üçün DSX-ə məxsus meşəlik ərazilərdə kütləvi halda ağaclar qanunsuz yolla kəsilib,məhv edilir. Mən minlərlə ağacdan danışıram. Mənim bu hadisəyə göz yummağımada məcbur edilmişəm. Burdan DSX-in rəisinə səslənirəm əgər yalan deyirəmsə , mən, DSX-in hərhansı bir səlahiyyətli nümayəndəsi , hüquq mühafizə orqanları və müstəqil mediadan nümayəndə ilə birlikdə gedək meşənin gizlin yerlərindəki həmin əraziləri yerindəcə göstərim. Görək o kəsilmiş ağacları gördükdə DSX-i nə açıqlama verəcək. Qoy xalqda görsünki , cənab prezidentin göstərişinə kim saymamazlıq edir.Axı cənab prezident demişdir " Bu ölkədə kim Ekalogiya təbii sərvətlər nazirliyindən xəbərsiz kim 1 ağac kəsərsə özündən küssün !"
Elçin Quliyev qapalı məkanda nəinki özü hətta ətrafındakılarıda maskasızdırlar.Prezidentin göstərişi Elçin Quliyevə aid deyil ?

Bildiyimiz kimi COVİD-19 pandemiyası ilə əlaqədar, cənab prezident dəfələrlə tapşırıq veribki qapalı məkanlarda maska taxın, hətta bununla bağlı özünüdə nümünə göstərib.24.06.2020-ci il tarixdə cənab prezdent bir daha sərt şəkildə bildirdiki mən qapalı məkanlarda maska taxıramsa niyə başqaları buna əməl etməməlidi.Göstəriş verəcəmki cərimələri artırsınlar. Cənab prezident bildirimki Sizin göstərişinizə təkcə siravi vətəndaş deyil hətta Sizin rəhbər vəzifələrə təyin etdiuiniz şəxslərdə sizin göstərişinizə əməl etmir. Belə rəhbər şəxslərdən biridə DSX-in rəisi general-polkovnik Elçin Quliyevi misal göstərə bilərəm. Bu foto şəkil 23.06.2020-ci ildə çəkilib DSX-in rəsmi saytında yerləşdirilib. Elçin Quliyev qapalı məkanda nəinki özü hətta ətrafındakılarıda maskasızdırlar.Prezidentin göstərişi Elçin Quliyevə aid deyil ?

Keçmiş DSX zabiti leytenant Fərid Əzizli.
Teref.az olaraq yuxarıda gedən ittihamlara cavab almaq üçün DSX-nın saytında göstərilən 3 nömrəsinədə zəng etsəkdə onlardan biri cavab verdi.O da sabah 498 01 43 zəng etməyi məsləhət gördü.
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.