Çökmüş təzə yol, maskasız, qoruyucusuz bu yolu təmir edən fəhlələr - Saleh Məmmədovun bunlardan xəbəri var? VİDEO

27-06-2020, 19:52           
Çökmüş təzə yol, maskasız, qoruyucusuz bu yolu təmir edən fəhlələr -
Teref.az yazır ki, sosial şəbəkələrdə yenicə istifadəyə verilmiş 20 yanvar dairəsində asfalt örtüyün çökdüyünu göstərən video paylaşılıb. Maraqlı odur ki, bu yolu Azərbaycan Avtomobil Yolları Agentliyi yenicə bəh bəhlə böyük reklamla təhvil vermişdi və bütün bu reklamların saxta olduğu ortaya çıxdı.
İkinci məsələ isə pandemiyanın tüğyan etdiyi bir vaxtda, Prezidentin şəxsən TV ekranlarından qorunun deməsinə baxmayaraq Azərbaycan Avtomobil Yolları Agentliyinin fəhlələri maskasız və heç bir sosial məsafə gözləmədən işləyirlər.
Sosial şəbəkə isdifadəçiləri bu barədə deyirlər:
Orxan Merdan
4 ч. ·
Azərbaycan Avtomobil Yolları Agentliyinin yenicə təhvil verdiyi 20 yanvar dairəsi çöküb. Yenidən asfaltlama və qurdalanma işlərinə başlayıblar. Burada qəribə heç nə yoxdur bunların adətidir.
Qəribəsi odur ki, o dairədə işləyən fəhlələr və briqada üzvləri heç bir sosial məsafə saxlamadan maskasız və ümumiyyətlə antisanitar formada iş icra edirlər. Hər hansı bir qrum belə bir məsuliyyətsiz formada bu virusa yanaşırsa camaatı qınamaq haqsızlıqdır.
Siz siz olun virusdan qorunun. Çünki yolu necə çəkillərsə canı da elə sağaldıllar.
Elşən Əsgərov Ayrıca qurm yaratsınlar - YOLLARI YAMAMA AGENTLİYİ
Sən təklifi təkmilləşdir mən logony dzəldərəm )
Teref.az yazır ki, Azərbaycan Avtomobil Yolları Agentliyinin sədri Saleh Məmmədovun Prezidentin tapşırıqlarını belə yarıtmaz yerinə yetirdiyi göz qabağındadır. Buyurun çökmüş təzə yol və onu təmir edən maskasız, sosial məsafəni gözləməyən fəhlələr....
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.