Sumqayıtda Reklam haqqında Qanunvericilik ciddi pozulur! FOTO

2-07-2020, 16:19           
Sumqayıtda Reklam haqqında Qanunvericilik ciddi pozulur! FOTO
Azərbayca Respublikasının Reklam Haqqında Qanunun 38 ci maddəsi Reklam sahəsində özünütənzimləmədir ki bu maddənin normalarına əsasən hər bir fiziki yaxud hüquqi şəxs yaşadığı şəhərin ərazisində reklam bazarı subyektlərinin yayımladığı reklam materiallarının qanunauyğunluğu və keyfiyyəti barədə nöqsanlar aşkar edərsə nəzarətedici orqan qarşısında şıxış edərək mövcud qanun pozuntuların aradan qaldırılmasına nail ola bilər. Bu baxımdan Sumqayıt şəhərində hal-hazırda reklam bazarında reklam yayıcılar tərəfindən yol verilmiş noqsanların aradan qaldırılması üçün mövcud qanun pozuntuları barədə məlumat verməyi özümüzə borc bilirik.
Teref.az yazır ki, bunu saytımıza Sumqayıtdan müraciət edən vətəndaş yazıb. Daha sonra məktubda deyilir:
Reklam haqqında qanunun 25.7 ci maddəsinə əsasən -Nəqliyyat vasitəsindən istifadə edilməklə SƏSLİ REKLAMIN yayımlanması qadağandır! Lakin bu qadağaya baxmayaraq hal-hazırda da şəhər ictimai nəqliyyatında quraşdırılmış monitorlarda hazırki pandemiya şəraitində əhalinin onsuzda tarıma çəkilən əsəblərini qıcıqlandıran, Azərbaycan dilinin normalarını pozmaqla səsləndirilmiş səsli reklam çarxları yayımlanmaqdadır. Reklam haqqında qanunun 4.8-ci maddəsinə əsasən Reklam qurğuları insanların rahatlığını pozmamalı, nəqliyyat vasitələrinin hərəkətinə və digər hərəkət iştirakçılarına(sərnişinlərə) təhlükə yaratmamalı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş texniki tələblərə cavab verməlidir. Kustar üsullarla adi məftillərlə bərkidilmiş, işıqlanması üçün tələb olunan 220wolt gərginliyi avtobusların içərisində hansı mənbədən və nəqliyyat vasitəsi üçün hansı zərərin hesabına aldığı bəlli olmayan bu məişətdə mənzillər üçün nəzərdə tutulmuş bu televizorlar hazırkı qızmar yay günlərində avtobusdaxili kondisionerlərin elektrik gərginliyini çəkdiyi üçün maskalı sərnişinlər sərinləmədən bu avtobuslarda getməyə məcbur olurlar.
Nöqsanlar tək İctimai Nəqliyyat daxilində yayımlanan reklamlarda deyil həmçinin İctimai Nəqliyyat üçün nəzərdə tutulmuş dayanacaqlarda da yayımlanan reklam lövhələrində mövcuddur. Belə ki, Reklam haqqında qanunun tələblərinə əsasən Reklam edilən məhsul və ya xidmət lisenziyalaşdırılırsa və ya sertifikatlaşdırılırsa, reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və lisenziyanı verən orqanın adı qeyd edilməlidir. Sumqayıt şəhərində mövcud bütün avtobus dayanacaqları hansısa taksi şrkəti tərəfindən zəbt olunsa da bu taksi şirkəti öz yayımladığı reklam lövhələrində hansı lisenziya və fərqlənmə nişanı ilə fəaliyyət göstərdiyini deyil, Azərbaycan dilinin normalarını və digər eyni xarakterli analoji xidmət göstərən şirkətləri aşağılamaqla guya ki "ŞOK Qiymət" cəmi 30 qəpiyə taksi təklif etdiklərini bildirən reklamı yayırlar ki, əslinə qalanda hələ də bu faktdır ki, reklamdakı mövcud əlaqə nömrəsin yığmaqla Sumqayıt şəhərində 30 qəpiyə taksi sifariş edən kimsəni tapmaq mümkün deyildir.
Şox maraqlıdır ki, bütün bunlar reklam sahəsinə nəzarətedici orqanın Azərbaycan Dövlət Reklam Agentliyinin açıq gözü qarşısında baş verir. Bəs o zaman nədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 533.1-ci maddəsinin tələblərinin pozulduğu bu qədər qanun pozuntilarına göz yumulur?!
Fotofakt təqdim olunur.
Qeyd: Teref.az olaraq dəfələrlə Sumqayıtda reklam özbaşınalıqları ilə bağlı məsələlərə toxunmuşuq, lakin bu günə qdər bütün tənqidlərimizə heç bir cavab almamışıq! Teref.az olaraq yenədə qarşı tərəf üçün saytmızın səhifələri açıqdır və mövqelərini bildirə bilərlər!
Teref.az














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.