Bərdə mədəniyyətini "mədə niyyəti" nə kim çevirib?- Cinayəıt var bəs cəza?

14-07-2020, 09:41           
Bərdə mədəniyyətini "mədə niyyəti" nə kim çevirib?- Cinayəıt var bəs cəza?
Bərdə Regional Mədəniyyət İdarəsində yoxlamalar başlayıb. Bu barədə AzFakt.com-a yerli mənbələrdən məlumat daxil olub. Bildirilir ki, yoxlamalar əsasən Bərdə rayon Mədəniyyət şöbəsinin son beş il fəliyyətini əhatə etsə də, ümumilikdə regional idarənin də fəaliyyəti təftiş olunmaqdadır. Yoxlamalara səbəb isə Bərdə Regional Mədəniyyət İdarəsində çox saylı şişirdilmiş ştatların olmasıdır.

Mənbə qeyd edib ki, təkcə Bərdədə 800-dən artıq mədəniyyət işçisi var və bu işçilərin təqribən üçdəiki hissəsi "ölü can"dır. Bu isə on minlərlə manat dövlət vəsaitinin hər ay mənimsənilməsi deməkdir. Gələcəkdə isə dövlət həmin "ölü can"lara pensiya ödəyəcək.

Bundan başqa Bərdə Regional Mədəniyyət İdarəsinin müdiri İlyas Hacıyevin minlərlə insanın çalışdığı regional idarənin işçilərinin maaşından ayda 10 manat tutduğu bildirilir. Bu pullar isə birbaşa İlyas Hacıyevlə idarənin baş mühasibinin cibinə getdiyi qeyd olunur.

Yoxlamalardan narahat olan Bərdə Regional Mədəniyyət İdarəsinin müdiri isə həbs olunmasından qorxur və vəziyyətdən çıxmaq üçün yollar axtarır. İlk döydüyü qapı isə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin qapısı olub.
Xatırladaq ki, Bərdədə icra başçısı Vidadi İsayev Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyevə xüsusi səlahiyyətlər verdiyini hamı bilir. Hətta İlyas Hacıyevin Bərdədə idarə müdirlərindən və sahibkarlardan icra başçısı üçün "aylıq" topladığı da Bərdədə daim gəzən şayilərdən birirdir.

Qeyd edək ki, Bərdə Regional Mədəniyyət İdarəsinə 2017-ci ildən İlyas Hacıyev rəhbərlik edir. Ondan əvvəl isə İlyas Hacıyev Bərdə Mədəniyyət idarəsinin rəisi olub. Ölkə mətbuatında İlyas Hacıyevin, həm Bərdə Mədəniyyət İdarəsinin müdiri, həm də Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi işlədiyi dövrlərdə korrupsiya əməlləri barədə çoxsaylı məlumatlar dərc edilib. Həmin məlumatlarda İlyas Hacıyevin Bərdə icra başçısı Vidadi İsayevin ən yaxın adamı olmaqla bərabər, həmçinin başçının "qara kassası" olduğu bildirilir.

Xatırladaq ki, Mədəniyyət Nazirliyində keçirilən (DTX) keçirilən əməliyyatla bağlı yayılan rəsmi məlumatda Bərdə Regional Mədəniyyət İdarəsi rəisi İlyas Hacıyevin hər ay hazırda həbsdə olan Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramova 5000 (beş min) manat rüşvət verdiyi qeyd edilmişdi.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırırq.
Mənbə: AzFakt.comшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.