"Ziraat Bank Azərbaycan” rəhbərinin FETÖ sevgisi: - “Ərdoğan dönəmi bitdi“

14-07-2020, 10:20           
 "Ziraat Bank Azərbaycan” rəhbərinin FETÖ sevgisi: - “Ərdoğan dönəmi bitdi“
Azərbaycanda fəaliyyət göstərən ən böyük banklardan biri "Ziraat Bank Azərbaycan”dır. Türkiyənin 163 yaşlı bankının Azərbaycan bölməsi 2014-cü ildə fəaliyyətə başlayıb. 5 ilə yaxındır ki, ölkənin bank sektorunda davamlı fəaliyyəti ilə nəzərə çarpan "Ziraat Bank Azərbaycan” ASC-də 2019-cu ildə xeyli geriləmə müşahidə edilir.

Bankın son bir ildə kredit portfeli 33% böyüməsinə baxmayaraq, aktivləri ötən illlə müqayisədə 15,5% azalıb. "Ziraat Bank Azərbaycan” ASC-nin aktivlərinin azalması və ölkənin bank sektorunda gücünün zəifləməsinin rəhbərliklə əlaqələndirənlər var. AzEuroNews.com -a daxil olan məlumata görə, son aylarda "Ziraat Bank Azərbaycan”nın rəhbəri Avni Dəmirçinin iş adamları ilə görüşlərdə səsləndirdiyi fikirlər heç də birmənalıq qarşılanmır.

Adının açıqlanmasını istəməyən türk iş adamlarından biri iddia edir ki, Avni Dəmirçi onu bu vəzifəyə gətirən FETÖ-ya olan simptiyasını artıq açıq-aşkar biruzə verir və bundan heç də narahat deyil. Bu il Türkiyədə keçirilən bələdiyyə seçkilərində müxalifətin namizədi Əkrəm İmamoğlunun İstanbul Böyük Şəhər Bələdiyyə başqanı seçilməsi "Ziraat Bank Azərbaycan”ın rəhbərinin də fikirini dəyişməsinə səbəb olub.


"Ziraat Bank Azərbaycan” rəhbərinin FETÖ sevgisi: "Ərdoğan dönəmi bitdi"İddia olunur ki, Avni Dəmirçi Əkrəm İmamoğlunun FETÖ-çularla yaxın əlaqədə olduğunu düşünür. Məhz buna görə son vaxtlar bağlantılarını açıq şəkildə biruzə verməyə başlayıb.

AzEuroNews.com -a verilən məlumatda iddia olunur ki, Avni Dəmirçi özünə yaxın iş adamları ilə keçirilən görüşdə artıq AKP dönəminin bitirildiyini, Türkiyənin növbəti prezidentinin Əkrəm İmamoğlu olacağını və buna görədə İstanbul bələdiyyə başqanı ilə müəyyən əlaqələr yaratmağa cəhd etdiyini dilə gətirib.

AKP-nin bitirildiyini və Ərdoğan dönəminin son yaxınlaşdığını bildirən "Ziraat Bank Azərbaycan”ın rəhbərinin bu düşüncələrini artıq açıq şəkildə ortaya nümayiş etdirməkdən də çəkinmir. Buna misal olaraq son aylar Avni Dəmirçinin Türkiyə Cumhuriyyətinin ölkəmizdəki səfirliyinin keçirdiyi tədbirlərdə iştirak etməməsini göstərmək olar. Türkiyə səfiri Erkan Özoralın keçirilən tədbirlərlə bağlı Avni Dəmirçini şəxsən dəvət etməsinə baxmayaraq, o, müxtəlif bəhanələrlə öz yerinə başqalarını göndərir. Bu isə onun artıq indidən AKP hökümətinə yaxın şəxslərlə məsafə saxlamağa başladığı anlamına gəlir.

Yəni, Avni Dəmirçini "Ziraat Bank Azərbaycan” ASC rəhbərliyinə gətirənlər onu inandıra biliblər ki, artıq AKP və Ərdoğan dönəmi bitir, buna görə də əlaqələrini kəsməyə başlayıb. Azərbaycanda fəaliyyət göstərən türk iş adamları "Ziraat Bank Azərbaycan” və Avni Dəmirçi ilə bağlı başqa məlumatlar da təqdim edib.

Həmin informasiyaları dəqiqləşdirdikdən sonra oxucularımıza təqdim edəcəyik.

Mövzu ilə bağlı Avni Dəmirçi ilə əlaqə yaratmaq cəhdlərimiz heç cürə alınmadı.

Qarşı tərəfi də dinləyib, fikirlərini dərc etməyə hazırıq.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.