Wentto Electronicsdən şikayətçidir: "Bəs sizin, təmiri alış qiymətindən yüksək olan telefonunuz varmı? -Mənim var- Alış 629 Azn, təmir 650 Azn."

10-08-2020, 00:02           
Wentto Electronicsdən şikayətçidir: "Bəs sizin, təmiri alış qiymətindən yüksək olan telefonunuz varmı?
Teref.az yazır ki, vətəndaş Şölə Qədirli (Shole Gadirli) Wentto Electronicsdən şikayətçidir. Şölə Qədirli başına gələnləri belə nəql edir:
18.03.2020 tarixində Wentto Electronics-in Nizami filialından "Samsung A 51" markalı mobil telefon almışam.

Son dəfə 26 martda zaryatkaya qoyduğum telefon 27 martda zaryatkası azaldığına görə təkrar zaryatkaya qoymaq istəsəm də, adapterı götürmədi. Telefon normal vəziyyətdə işlədiyinə görə problemin adapterdan olduğunu düşündüm və bir neçə saat sonra zaryatkası sıfırlandığı üçün telefon söndü. Adapter almaq üçün başqa eletronika mağazasına yaxınlaşdıqda problemin adapterdan olmadığı aydınlaşdı və telefonda maililiyin- cüzi əyriliyin olduğu mənə satıcı tərəfindən bildirildi.

28 mart(şənbə günü) Wentto electorics-lə əlaqə saxladım.

Problemin təyini üçün telefonun servisdə diaqnostika olunmalı olduğunu bildirdilər. Karantin səbəbindən servisin fəaliyyəti dayandırıldığına görə diaqostika mümkün olmadı. Servisə telefonun mağaza əməkdaşlarının yönləndirməsi üçün qarşılıqlı razılıq əsasında telefon mağazanın mərkəz ofisində qaldı. Mənə müvəqqəti istifadə üçün telefon təklif edildi, amma təzə aldığım telefonda qarşılaşdığım problemə görə ehtiyatlı davranaraq bu nəzakətli təklifi qəbul etmədim

(süddən ağzı yanan qatığı üfürə-üfürə yeyər :D )

Servisin rəyinə əsasən, bu problemin istehsalçı xətası deyil, istehlakçı xətası olduğu müəyyən edildi və 650 azn təmir xərci olduğu bildirildi. Samsung Azərbaycana şikayət üçün müraciət etdikdə müraciətimin qeydə alındığını və araşdıracaqlarını bildirdilər.

Araşdırmanın məğzi servisin mənə verdiyi informasiyanı təkrar etməsi oldu hətta zəngdə təmir xərci 660 Azn-a yüksəlmişdi.

(telefona təkrar baxış olmadan)

Digər ustaların bildirdiyinə görə əyilmə batareya hissədədir cüzi əyilmə plata hissədə deyil.( zəmanətin aktiv qalması üçün digər usta tərəfindən zahiri baxış olub)

Bu telefonun kənarı möhkəm materialdan deyil və əyilmə ola bilərmiş. O formada olan normal qaydada işləyən telefonlar var.( əyilməni mən ümumiyyətlə hiss etməmişdim deyə narahat etmirdi məni)

Normal işləyən və zaryatkasızlıqdan sönən telefonda plata və ekran problemi - 650-660 Azn-lik təmir xərci necə yarandı?

Mən qətiyyən şikayətçi ruhlu deyiləm, amma bu məsələnin mənəvi ziyanı maddi ziyanından çoxdur ( qısaldılmış hekayədir) Mən yandım, siz yanmayın deyə deyirəm.

Əgər siz də təmir xərci alış xərcindən çox olan məhsul alıb 2 həftə belə istifadə etməmək istəyirsinizsə, Wentto Electronics və Samsung Azerbaijan markasını seçin.
Teref.az olaraq adları çəkilənb şəxs və qurumların mövqqeyini işıqlandırmağa hazırıq!
Teref.azшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.