Sumqayıtda "ƏN UCUZ MARKET"-də çek maxinasiyaları - ŞİKAYƏT/FOTO

16-08-2020, 00:10           
Sumqayıtda "ƏN UCUZ MARKET"-də çek maxinasiyaları - ŞİKAYƏT/FOTO
Teref.az yazır ki, şikayətçi Leyla Yusif (Лэйла Юсиф) Sumqayıt şəhər 9-cu mikrorayon ərazisində yerləşən "ƏN UCUZ MARKET"-dəndir. Şikayətçi iddia edir ki, bu marketdə QKod-lu çekləri almaq bir işdirsə, sonra onalrın sistemə vurulması üçün market işçiləri ilə mübahisə etmək başqa bir iş. Hər halda Vergilər Nazirliyinin əlaqədər əməkdaşları bunu yoxlayarlar.
Beləliklə şikayətçi Leyla Yusif yazır:
Axşamınız xeyir .
Dünəndən yazıb yazmamaq barədə fikirləşirəm. Şikayətim Sumqayıt şəhər 9-cu mikrorayon ərazisində yerləşən "ƏN UCUZ MARKET"dəndir. İş orasındadır ki narketdən alış-veriş edərkən kassa mekində QKod verilmir. QK istəyəndə müştərini futbol topu kimi bir birinin üstünə yönləndirirlər (yaxınlaşın siqaret şöbəsinə, ordan deyirlər yaxınınlaşın filankəsə və s.), bu da bəs deyilmiş kimi axşam saat 19.01-də verilən çek sabah saat 13.00-dək sistemdə tapılmır, e-kassa.gov.az saytında İD nömrəsi ilə yoxladıqda çek tapılmadığı üçün vergilər nazirliyinə müraciət etməyim tövsiyyə edildi. Yaşayış yerimə yaxın olduğu üçün adətən gündəlik alış-verişi bu marketlərdən etmək məcburiyyətindəyik. Bu gün saat 13 radələrində getdim qeyd etdiyim marketə, allş- verişimi yekunlaşdırdıqdan sonra adəti üzrə siqaret şöbəsinə göndərildim. Yaxşı ki bu dəfə kassa aparatı burda idi, bu günlük çekimi aldıqdan sonra xanıma üzləşdiyim çətinlik barədə məlumat verdim və xahiş etdim ki dünənki çekləri sistemə vursunlar.

Xanım nəzakətlə əli ilə marketdə bir nəfərlə söhbət edən bəyi göstərərək "Cavid" müəllimə yaxınlaşmağımı xahiş etdi. Yaxınlaşıb Cavid müəllimdən mənə bir dəqiqə dəyərli vaxtını aylrmasını xahiş etdim, "müəllim" minnətlə, könülsüz müştəriyə (mənə) yaxınlaşdı. Məsələni izah etdim və xahiş etdim ki dünənki çekləri sistemə daxil etsinlər. "Müəllim" minnətlə :" ola bilməz, yəqin bacarmırsız" deyib, telefonuna gələn zəngə cavab verdi. Mən isə çekləri götürüb marketdən çıxmalı oldum.
Hal hazırda saat 21.36-dır. Dünənki çeklər sistemdə peyda oldular, bu günkü çek hələ də yoxdur. (Çek sistemə 90 dəqiqə ərzində vurulmalıdır səhv etmirəmsə).
Teref.az olaraq qeyd etmək istəyirik ki, Sumqayıt şəhər 9-cu mikrorayon ərazisində yerləşən "ƏN UCUZ MARKET"-dən birinci şikayət deyil. Mətbuatda bu marketlə abğlı əvvəldə şikayətlər olmuşdu.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.