Zakir Fərəcov Sumqayıtla maraqlanmır? - VİDEO

21-09-2020, 11:50           
Zakir Fərəcov Sumqayıtla maraqlanmır? - VİDEO
"Bu ilin iyun ayında ölkə mətbuatında Sumqayıt bulvarının qurtaracağının düz yaxınlığında heç də romatik olmayan, çox açınacaqlı mənzərə yaranması, ərazinin əməlli-başlı zibil poliqonuna çevrilməsindən yazı dərc olunmuşdu". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalə müəllifi daha sonra bildirir: "Yazıda məlumat verilirdi ki, “dənizin kənarındakı bu zibilxanada bulvarın uzadılması zamanı işlədilən tikinti materiallarının qalıqlarına, müxtəlif növ tullantılara, biçilmiş ot topalarına , daş parçalarına, bir sözlə hər cür zibil növünə rast gəlmək olar. Özü də bu zibilxana uzun müddətdir ki, mövcuddur, təmizlənmir. Zibil buraya maşınlarla, özü də heç də adi vətəndaşlar tərəfindən tökülmür.

Ərazidəki zibil yığnağı günü-gündən artır.

Təbii ki, bütün bunlar ətraf mühitə ziyan vurur, ekologiyanı korlayır, antisanitariya şəraiti yaradır.Üstəlik bu ərazidən kanalizasiya suyu birbaşa dənizə axır.

Bu səbəbdən bulvarda tez-tez kəskin pis qoxu kanalizaiya iyi hiss edilir.

Bu cür mənzərə bulvarın simasına da xələl gətirir”.

Həmin zaman Sumqayıt Şəhər İcra Hakimiyyəti dənizkənarı bulvarın yaxınlığındakı ərazinin zibil poliqonuna çevrilməsi haqqında məlumata münasibət bildirərək demişdi ki, Sumqayıt bulvarının genişləndirilmiş hissəsinə yaxın ərazidə hazırda tikinti işləri davam etdirilir və təmir-tikinti işləri ilə əlaqədar toplanmış tullantıların daşınması hər gün həyata keçirilir və yaxın günlərdə ərazinin təmizlənməsi işləri yekunlaşacaq.

Halbuki, ərazidə tikinti işləri-filan aparılmır.

Ən əsası isə fotoşəkillərdən və videolardan da görmək olar ki, keçən 4 ay ərzində nəinki heç bir tədbir görülməyib üstəlik ərazidə daha da acınacaqlı vəziyyət yaranıb, zibil poliqonu daha da genişlənib.

Dəniz zolağı ilə bulvar ərazisninina arasında hündürlükdə olan gəzinti zolağından işlər yarımçıq qalıb, amma Sumqayıt şəhər icra hakimiyyəti Bulvar Kompleksinin yeni salınmış əlavə hissəsində çimərlik zonası salınmasını ,292 ədəd istirahət otağının inşa edilməsini bəyan edib.

Gəzinti zolağı baxımsız vəziyyətdə olduğundan buranı ot, kol-kos basıb , tikinti materilları neçə vaxtdır elə yerdəcə tullanıb qalıb. Halbuki bura keçən ilin noybrından - Sumqayıtın 70 illiyinəcən təhvil verilib, və işlər dayandırılıb və bulvarın bu hissəsi əhalinin istirahəti üçün açıqdır.

Sumqayıt bulvarının şimala doğru 1 kilometr uzadılmış hissəində uşaqların mənalı istirahətini təmin etmək məqsədilə uşaq əyləncə mərkəzlərinin, fəvvarənin, müxtəlif attraksionların quraşdırılacağı deyilsə bunlar edilməyib.

Şəkillərdən də görünür ki,ərazi çimərlik , ümumiyyətlə normal istirahət üşün üçün yararsızdır . Ərazi daha çox xarabalığı xatırladır.Ona görə də ərazidə daha çox qarğalar gözə dəyir.

Sahil müxtəlif məişət tullantıları ilə, yosun topaları doludur, ətrafı üfunət qoxusu bürüyüb , ərazidə elə bil ekoloji fəlakət hökm sürür. Düzdür , əraziyə nə məqsədləsə də qum topaları tökülüb (ola bilsin zibilxanın üstünə yaymaq üçün) amma hal-hazırda real vəziyyət şəkillərdə göründüyü kimidir.

Mətbuatda tez-tez orda-burda müəyyən qurumların təmizlik aksiyası keçirməsi haqda məlumatlar verilir.

Amma bu əraziyə görünür növbə hələ çatmayıb.

Ümid edirik ki, aidiyyatı qurumlar , Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu ərazidə də reyd keçirəcək və lazımi tədbirlər görəcəklər ,ərazi təmizlənəzək , yarımçıq işlər sona şatdırılacaq".















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.