Mir Cəlal Paşayev adına 39 saylı məktəb direktorunun pulyığanı valideynlərdən “xərac“ yığır? – İDDIA

22-09-2020, 00:00           
Mir Cəlal Paşayev adına 39 saylı məktəb direktorunun pulyığanı valideynlərdən “xərac“ yığır? – İDDIA
Daxil olan məlumatda bildirilir ki, direktor Nizami Rzayev, ibtidai sinif müəlimələrinə “Hər bir şagird sayına görə 100 manatdan pul yığın. Əks halda, həmin məbləği yığa bilməyən sinifləri zirzəmidə dərs keçməyə məcbur edəcəyəm” deyə tapşırıq verir. Bu hələ azmış kimi o, ibtidai sinif müəllimlərini gözümçıxdıya salmaqdan çəkinmir, hansı şagirdin valideyni pul vermirsə, o halda həmin şagirdin bəxti heç də gətirmir. Yəni, direktorun tapşırığı əsasında kitabxanaçı həmin şagirdə kitab vermir və orda-burda danışır ki, “Bu məktəb direktorunun xüsusi tapşırığıdır”.
Bu günlərdə isə redaksiyamıza əlavə məlumatlar daxil olub ki, Gəncə şəhərindəki Mircəlal Paşayev adına 39 saylı tam orta məktəbində 180 nəfərlik müəlliminin və təqribən 100-dən çox texniki işçisinin arasında isə xeyli sayda “ölü canlı”nın olduğu ortaya çıxıb. Lakin faktiki olaraq, belə bir böyük məktəbdə 10-12 texniki işçilər var. Belə çıxır ki, digərlərin adları var, özləri isə yoxdur. Hətta belə bir iddia da var ki, N.Rzayev hər ay ştatın maaşını alaraq cibinə qoyur.
Adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, məktəbdə hər sinifə yazı lövhəsi verilməlidir, lakin sinif müəllimlərinə sinif sayına görə 50 manatdan pul yığılmalıdır. Əks halda, həmin məbləği yığa bilməyən siniflər yazı lövhəsini verilməyəci tapşırıq verilib. Hətta allahın hər sinifə A4 Format kağızı paçkası verilməlidir, lakin direktor onu da qıyıb vermək istəmir.
Eyni zamanda artıq ölkəmizdə koronovirus (COVİD-19) pandemiya dövrü olduğu üçün 39 saylı tam orta məktəbin direktoru Nizami Rzayevin əlaltısı, pulyığanı Rəna adlı bir müəllimə ibtidai sinif şagirdlərinin valideynlərlə şəxsən özü təklikdə beş-beş qəbul edərək və görüşərək , 50 manat pul yığır və yığılan vəsait direktora çatdırılır.aktualxeber.az
Teref.az olaraq qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.