Müəmmalı tenderlər seriyasından: 6 manat kapitalı olan şirkət necə 2,3 milyonluq tenderi uddu

24-09-2020, 09:47           
Müəmmalı tenderlər seriyasından: 6 manat kapitalı olan şirkət necə 2,3 milyonluq tenderi uddu
Ağdaş rayon İcra Hakimiyyəti tikintisi işlərinin satın alınması üçün keçirdiyi tenderin qalibini açıqlayıb.

FED.az xəbər verir ki, tenderi “Simmetriya” MMC qazanıb.

İcra hakimiyyəti Ağdaş şəhərində qəzalı vəziyyətdə olan evlərdə məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi işlərinin satın alınması üçün “Simmetriya” MMC ilə 2 milyon 340 min 195 manat məbləğində müqavilə imzalayıb.

Qeyd edək ki, “Simmetriya” MMC 18 noyabr 2002-ci ildə 6 manat nizamnamə kapitalı ilə yaradılıb. MMC-nin qanuni tamsilçisi Ağa Ağayev Xəqani oğludur. Şirkətin hazırda 3 min 191 manat vergi borcu var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.