Gəncə şəhər Psixonevroloji Dispanserinin baş həkimi Yaşar Əliyev sağlamlara "dəlik kağızı" verir İDDİA

22-05-2015, 12:56           
Gəncə şəhər Psixonevroloji Dispanserinin baş həkimi Yaşar Əliyev sağlamlara "dəlik kağızı" verir İDDİA
Redaksiyamıza daxil olan məlumatlarda Gəncə şəhər Psixonevroloji Dispanserinin baş həkimi Yaşar Əliyevin öz fəaliyyətində vəzifəsindən sui-istifadə, rüşvətxorluq və digər ciddi qanun pozuntularına yol verdiyi bildirirlir. Məlumatlarda iddia olunur ki, şəhərdə formalaşmış ümumi ictimai rəyə görə məhz Y.Əliyevin yarıtmaz fəaliyyəti nəticəsində bu gün dispanserdə vəziyyət son dərəcə acınacaqlı hal almışdır. Bu xüsusda mənbələr bildirirlər ki, görə, əhaliyə psixonevroloji, psixoprofilaktik tibbi xidmət göstərmək, psixi qüsuru olan xəstələrin sosial əmək reabilitasiyasını təşkil etməyə borclu olan səhiyyə ocağının baş həkimi Yaşar Əliyev özbaşına işlərlə məşğuldur. İddialara görə dispanserdə müalicə alan insanlar, həmçinin tibbi personal baş həkimin qanunsuz fəaliyyətindən beziblər. İş o yerə çatıb ki, baş həkimlə razılığa gələn sağlam şəxslər də burdan “dəlilik kağızı” ala bilirlər. Saxta yolla əldə edilən “dəlilik kağızı” isə bir çox məqamlarda həmin vətəndaşların işinə yarayır. Məsələn, hansısa cinayət hadisəsi törətdikdə bu kağızın vasitəsilə məsuliyyətdən kənarda qala bilirlər. Həmçinin əsgəri xidmətdən yayınmaq üçün də bu arayış müstəsna rol oynayır. Dispanserdə əsəb xəstəliyindən əziyyət çəkən xəstələrə isə dərmanlar ikiqat bahasına satılır. Belə ki, müalicə alan xəstələrə pulsuz verilməli olan dərmanlar Gəncədə və qonşu rayonların müxtəlif ərazilərində fəaliyyət göstərən apteklərə satılır, elə bu səbəbdən də xəstələr zəruri dərman preparatlarını baha qiymətə həmin apteklərdən almağa məcbur olurlar. Məlumdur ki, sözügedən səhiyyə ocağının saxlanılması məqsədilə ildə büdcədən külli-miqdarda vəsait ayrılır. Lakin aldığımız məlumatlara görə bu vəsaitin əsas hissəsi baş həkimin şəxsi işlərinə, həmçinin maliyyə müfəttişlərinin “yola salınmasına”, yerdə qalan cüzi hissəsi isə xəstələrə xərclənir. Xəstəxanada müalicə olunan xəstələr müəssisə rəhbərliyi tərəfindən dözülməz haqsızlıqlara məruz qalırlar. Belə ki, dispanserdə müalicə alan xəstələr bəzi hallarda ayrı-ayrı işlərə cəlb olunurlar. Baş həkim onların əməyindən dispanserin həyatyanı sahəsinin təmizlənməsində və müəyyən tikinti işlərində istifadə edir. Əldə etdiyimiz daha bir məlumata görə görə, Gəncə şəhər Psixonevroloji Dispanserində heç bir xəstənin pulsuz müalicə və müayinə olunmaq şansı yoxdur. Həkimlər isə Yaşar Əliyevin tapşırığı əsasında müalicənin müddətini uzatmağa çalışırlar. Mənbələr bildirirlər ki, məhz ictimai baxımdan daha çox təhlükə törədə biləcək bir məqam da vətəndaşlara işə qəbul üçün tələb olunan arayışların verilməsi ilə bağlıdır. Məlum olduğu kimi, təhlükəsizlik baxımından, bəzi vəzifələrə işə qəbul zamanı vətəndaşların narkoloji və əsəb dispanserlərində müayinədən keçmələri tələb olunur. Yəqin ki, bu prosedurun və ən əsası da müayinənin nəticələrinin nə dərəcədə ciddi əhəmiyyət kəsb etdiyini izah etməyə ehtiyac yoxdur. Mənbələr isə bildirirlər ki, məhz Gəncə şəhər Psixonevroloji Dispanserində alınan nəticələr müraciət etmiş vətəndaşın olduğu durumdan deyil, onun baş həkimlə nə dərəcədə “dil tapa bilməsindən” asılı olur. Belə ki, müəyyən məbləğdə rüşvət verməkdən imtina etməyən şəxslər hətta müayinə olunmadan belə tələb olunan arayışı ala bilərlər. Bununla belə məlumatlarda belə bir məqam da vurğulanır ki, Yaşar həkim daha çox sürücülük vəsiqəsinin alınması üçün tələb olunana arayışların yazılması sahəsində “ixtisaslaşır”. Digər tərəfdən də iddialara görə baş həkimin “xəstələri” arasında bu gün «D» kateqoriyalı sürücülük vəsiqəsi ilə paytaxta sərnişin daşıyan sürücülər də var... \\ bizimdovr.az \\












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.