MİNGƏÇEVİRİN İCRA BAŞÇISI NİYAZİ BAYRAMOV TORPAQLARI NECƏ ZƏBT EDİR - PREZİDENTƏ ŞİKAYƏT ÜNVANLANDI

9-04-2015, 18:40           
MİNGƏÇEVİRİN İCRA BAŞÇISI NİYAZİ BAYRAMOV TORPAQLARI NECƏ ZƏBT EDİR - PREZİDENTƏ ŞİKAYƏT ÜNVANLANDI
GUNDEMİNFO.AZ-a Mingəçevir şəhərindən ilginc şikayət ərizəsi daxil olub.

Dövlət başçısı cənab İlham Əliyevə ünvanlanmış müraciətin nüsxəsi ədiyyə, mili təhlükəsizlik nazirinə, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevaya ünvanlanıb. Mingəçevir şəhəri İsmət Qayıbov küçəsi ev-4 mənzil 26 ünvanında yaşayan «Vətən-A» Məhdud Məsuliyyətli cəmiyyətin təsisçisi Azər Tofiq oğlu Qasımov tərəfindən GUNDEMİNFO.AZ-a təqdim edilmiş şikayət ərizəsində ilginc məqamlardan söz açılır. Pozulmuş hüquqlarının bərpası, prezident sərəncamından süi-istifadə ilə bağlı olaraq narazılığını bildirən sahibkar yazır:

- “Pozulmuş hüquqların bərpası,Prezident sərəncamından sui-istifadə edənlərin,vəzifəli şəxslərin qanunsuz əməllərinə və səhhətimə vurulmuş ziyana dair” Sizə ünvanladığım bu etiraz ərizəmin əsas məzmununu qeyd etməmişdən əvvəl Umimilli Liderimiz Heydər Əliyevin dərin məzmunlu,geniş əhatəli yüksək fəlsəfi düşüncəyə malik olan müdrik kəlamını qeyd etməyi yerinə düşər.

Ümümimilli Liderimiz demişdir:“Dövlət iki şeydən sarsıla bilər,günahkar cəzasız qalanda,günahsıza cəza veriləndə” ulu öndərin bu kəlamının mahiyyətini dərk edərək müstəqiliyi Heydər Əliyevin siması ilə bağlı olan müstəqil Azərbaycan Respublikasının təhlükəsizliyinin təminatçılarından biri kimi birbaşa Sizə müraciət etməyi seçim etdim.Göydə Allaha yerdə isə sizlərə böyük ümüd bəsləyirəm.Kimlərsə puluna,var-dövlətinə arxayındırsa mən isə Azərbaycan Dövlətinin qanunlarının aliliyinə və sizin kimi Dövlət Başçısına arxalanıram.Dünyada tarixən varlılar güclü,güclülər isə qalib olur.Kasıblar gücsüz,gücsüzlər isə məqlub olurlar.Ancaq müqayisə nisbətində Ümümimilli Liderimiz H.Əliyevin siyasi kursunun davamçısı əbədi və əvəzedilməz Prezidentimiz İlham Əliyev cənablarının və Sizin rəhbərliyiniz altında Azərbaycanda haqq-ədalət prinsipləri hər şeydən uca tutulur.

Məlum edirəm ki,Mingəçevir şəhər İcra Başçısı Niyazi Bayramov tərəfindən mənə edilən haqsızlığa dair ən agır hüquqi,psixoloji,mənəvi,maddi,səhiyyə və küllü borca düşmüşəm.Bu işdə xəstəlik nəticəsində artıq demək olar ki,fərmanınızın icrası kobudcasına pozularaq süründürməçiliyə məruz qalmışam.

Məcburam KİV-lərlə konfransı keçirim və nəticəsi mənfi təsir göstərərsə səbəbkar haqqında notariusda etdiyi hərəkətlər haqqında sənəd imzalıyam.Nəzərinizə çatdırıram ki, Mingəçevir şəhər XDS İcrayyə Komitəsinin 18 fevral 1991-ci il tarixli 52 saylı qərarı ilə ”VƏTƏN” kooperativinə su anbarı istismarı idarəsi nəznindən çıxıb müstəqil fəaliyyət göstərməsinə icazə verilməsi, kooperativinin müstəqil fəaliyyət göstərməsi üçün Kür çayının sağ sahilində, Təcürbi–sınaq zavodunun yaxınlığındakı istifadəsiz yerdən 0,87 hektar torpaq sahəsi ayrılması qərara alınmışdır.

1995-cü ilə qədər həmin qərarla ayrılmış torpaq sahəsində ”VƏTƏN” kooperativi fəaliyyət göstərmişdir. 06 noyabr 2008-ci il tarixdə “Vətən” kooperativinin bazasında “VƏTƏN-A” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 30.04.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. 1993-cü ildə erməni qəsbkarlarının Qarabağı işğal etməsi nəticəsində Ağdam rayonundan məcburi köçkün düşmüş Quliyev Söhbət Daşdəmir oğlu və onun beş nəfər ailə üzvü “Vətən” kooperativinin ərazisində məskunlaşmışdır və hal-hazıradək həmin ərazidə yaşayırlar,hətta orada özləri üçün 2 mərtəbəli ev inşa ediblər.

Məcburi köçkünlərin həmin ərazidə məskunlaşması və qoyunçuluqla məşğul olmaları nəticəsində “Vətən” kooperativinin fəaliyyəti qeyri mümkün olmuşdur. Kooperativin sahəsində işə nəzarət edən şəxslə köçkünlər arasında yaranmış qısa müddətli narazılıq, mənim iştirakımla Şəhər İcra Hakimiyyəti Başçısının göstərişinə əsasən müsbət həll edildi, Başçının tapşırığına əsasən həmin sahədə qoyun və digər ev heyvanlarının örüşü məqsədi ilə istifadə edilməsinə maneçilik törədilməsi məqsədə uyğun hesab edilmədi. Belə ki,Ulu Öndərimizin dediyi sözlər mənim qulaqımda ömürlük səslənəcək.O,demişdir ki:”Mən özümü o qaçqınlarla bir çadırda hiss edirəm”. Mən, YAP-in üzvü kimi daim Qaçqınlar və məcburi köçkünlərin problemləri ilə qüvvəm daxilində maraqlanmış və kooperativin sahəsindən istifadə edən bacı və qardaşlarımız üçün əlimdən gələn köməkliyi əsirgəməmişəm.

Qaçqınlar və məcburi köçkünlər statusu haqqında AR qanunun 3-cü maddəsinə əsasən Qaçqın və yaxud məcburi köçkün statusu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminat verilir: Üç aydan gec olmayaraq yaşayış yeri ilə təmin olunanadək xüsusi ayrılmılş yerlərdə haqqı ödənilmədən yaşamaq və müvafiq dövlət orqanları tərəfindən onlara təklif olunmuş daimi yaşayış yeri seçmək. 2013-cü ilin noyabr ayında növbəti nəzarət məqsədi ilə kooperativin sahəsində olduğum zaman gördüm ki, yük maşınları ilə sahəyə torpaq daşınır. İşçılərin dediklərlərindən müəyyən etdim ki, istifadəmizdə olan torpaq sahəsi təsisçiliyimi və rəhbərliyimi nəzərə alınmayan ŞİH N.Bayramov qanunsuz olaraq digər şəxlərə satib.

Sonradan ŞİH-də mənə məlumat verildi ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 01 noyabr 2013-çü il tarixli 143 saylı sərəncamı ilə Mingəçevir şəhər XDS İK-nin 18.02.1991-ci il tarixli, 52 saylı qərarı ilə Kür çayının sağ sahilində Təcürbi–sınaq zavodunun yaxınlığındakı ərazidən ayrılmış 0,87 ha torpaq sahəsinə “VƏTƏN” kooperativinin istifadə hüququna xitam verilib.

Sərəncamda qeyd edilib ki, “Ötən vaxt kəsiyində “VƏTƏN” kooperativi ayrılmış torpaq sahəsindən istifadə etməmiş, həmin torpaq sahəsində heç-bir fəaliyyətlə məşğul olmayıb. Güya bu barədə Torpaq və Xəritəçəkmə Komitəsinin şəhər şöbəsi tərəfindən müvafiq akt tərtib edilib, qanunvericiliyə uyğun tədbir görülməsi üçün şəhər İcra Hakimiyyətinə məlumat ünvanlanıb.

Nəzərinizə çatdırıram ki akt mənim iştirakım olmadan və mənə xəbərdarlıq olmadan tərtib olunub. İstifadə hüququna xitam verilməsi üçün əsas kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 2 bəndinin birinci abzası ğötürülüb. Nəticədə Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən tərtib edilən müvafiq aktın və qanunvericiliyə uyğun tədbir görülməsi üçün şəhər İcra Hakimiyyətinə göndərilmiş məktubun sürətlərini almaq üçün yazılı müracət etsəm də mənim sorğuma cavab verilməyib, heç olmazsa aktı və məktubu belə mənə göstərməyiblər.

Bu aktın məhkəmə baxışı ərəfəsində tez-tələsik saxtakarlığla tərtib olunduğunu sübut edir. Yazılı və şifahi soğularıma cavab ala bilmədiyim üçün Şəki İnzibati-İqtisad məhkəməsinə müraciət etməyə məcbur oldum və mənim iddiam tam təmin edildi.

Məsələ burasındadır ki, adı gedən torpaq sahəsinə dair iddia ərizəm Şəki İnzibati-İqtisad məhkəməsinin icraatında olan vaxtdan hal-hazıradək orada tikinti işləri aparılır. Mən, Şəki İnzibati-İqtisad məhkəməsinə tikintinin dayandırılmasına dair ərizə ilə müraciət etdim və məhkəmə işin dayandırılmasına dair qərardad verdi.Lakin həmin sahədə iş bu gündə davam etməkdədir.Hər hansı bir iş məhkəmə icraatında olan dövrdə məhkəmə qərardadı ilə həbs qoyularsa həmin sahədə aparılan əməliyyatlar qanunla qadağndır.

Mingəçevir şəhər İcra Hakimiyyəti Şəki İnzibati-İqtisadi məhkəməsinin qərarından narazı qalaraq Şəki Apellyasiya Məhkəməsinə şikayət verib.

Öz apellyasiya şikayəti ilə əlaqədar Mingəçevir şəhər İcra Hakimiyyəti bildirilib ki, sərəncamla “Vətən A” MMC-nin istifadəsində olan torpaq sahəsinin alınması onun səlahiyyətinə aiddir, lakin bununla bağlı heç bir hüquqi əsas gətirilməyib.

Mingəçevir şəhər İcra Hakimiyyəti Şəki Apellyasiya Məhkəməsinə açıq-aşkar müxtəlif vasitələrlə təsir etmək üçün yollar axtarıb və şikayətin təmin edilməsinə çalışaraq nəticədə olaraq AR Şəki Apellyasiya məhkəıməsinin hakimi Vidadi Qasımov 12.11.2014-cü il tarixli qərarı ilə AR Şəki İnzibati-İqtisadi məhkəməsinin 12.05.2014-cü il tarixli qərarını ləğv edib.

Hakim V.Qasımov məhkəmə iclasının əvvəlindən axırına qədər apellyasiya şikayətinin dəlilərini araşdırmaq əvəzinə mənə Mingəçevir şəhər İH-lə sövdələşmə təklif edirdi, bəzən bu az qala məcburetməyə bənzəyirdi.

Belə olan halda AR Konstitusiyasının 71-ci maddəsind “Hər bir Azərbaycan vətəndaşının hüququ var ki Azərbaycan Vətəndaşı kimi öz hüquqlarını müdafiə etmək üçün aidiyyatı üzrə müraciət etmək” və Konstitusiyanın 37-ci maddəsində olan “Hər bir Azərbaycan Vətəndaşı öz hüquqlarını müdafiə etmək üçün ölkənin yüksək səviyyəli məmurlarına,Prezidentinə yazılı müraciət etmək,piket keçirmək,yürüş etmək,ölkə Prezidenti qarşısında öz hüquqlarını ölkənin Prezidenti və hər bir Azərbaycan Vətəndaşının qarantı kimi hüquqlarının bərpasına nail olmaq üçün bütün hərəkətləri etmək hüququna malikdir” hüquqularımız pozulub.

ardı var



















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.