Dünya təhsil sistemində tayı-bərabəri olmayan “iş təcrübəsi” - Saatlıda - Rus dili müəlliməsinə 72 saat ingilis dili dərsi verilirsə...

9-04-2015, 19:41           
Dünya təhsil sistemində tayı-bərabəri olmayan “iş təcrübəsi” - Saatlıda - Rus dili müəlliməsinə 72 saat ingilis dili dərsi verilirsə...
Saatlı rayonunda təhsil şöbəsi olsa da, təsil yox dərəcəsindədir. Rayon təhsil şöbəsi sanki şöbə müdiri Şamil Nurəliyev üçün super marketdir. Onu təhsilin inkişafından başqa hər şey maraqlandırır. İlk növbədə sözsüz ki, hansı yollarla olursa-olsun, pul qazanmaq. Pul hamıya lazımdır, ancaq təhsil şöbəsinin müdirinə hava-su kimi. Çünki o, hər gün yeyib-içməsə sanki böyük bir günah işlətmiş olur.

Hər il buraxılış imtahanlarının sonunda Saatlı rayonu əldə olunan nəticələrə görə sonuncu yerdə olur. Ancaq təəssüf ki, Təhsil Nazirliyi bu “uğurları” görməməzliyə vurur. Bunun da əsas səbəbi Ş.Nurəliyevin ölkənin hörmətli və nüfuzlu şəxslərinin adından istifadə etməsi olur. Hətta, rayon icra hakimiyyətinin başçısı da ona “gözün üstündə qaşın var”, deyə bilmir. Ş.Nurəliyevin yaxınlarının deməsinə görə, 1-2 aya o, rayon icra hakimiyyətinin başçısı təyin olunacaq.

Rayon sakinləri DİA.AZ-a deyirlər ki, Ş.Nurəliyev icra hakimiyyətinin başçısı olsa, günortadan sonra bütün idarə müdirləri sərxoş olacaq. Çünki başçısı bu olanın... Nə isə gəlin fərziyyələrdən ayrılıb, keçək əsil mətləbə. Yəni, Şamil müıəllimin müdirlik etdiyi müddətdə Saatlı təhsil sistemindəki “yeniliyin” dünya təhsil sistemində tayı-bərabəri olmaması məsələsinə. Nədir bu “yenilik”, nədir bu tapıntı?

Saatlı rayonunda ixtisasca rus dili müəlliməsinə 72 saat ingilis dili dərsi verilməsi faktına heç kim inana bilməz. Çünki 72 saat dərs yükü, hətta 3 növbəli məktəblərin də dərs cədvəlinə yerləşdirilə bilməz. İndi demək olar ki, bütün kəndlərdə məktəblər birnövbəlidir. Əgər müəllimin hər gün 6 saat dərs yükü varsa, bu həftə ərzində 36 aat edir. Bəs yerdə qalan 36 saat nə vaxt tədris olunub? Bu qeyri-adi iş təcrübəsi Saatlı rayonunda var. Rayonun şəhid Azad Bayramov adına Məmmədabad kənd tam orta məktəbinin ixtisasca rus dili müəlliməsi Şamil müəllimin himayədarlığı nəticəsində həftədə 72 saat ingilis dili dərsi “tədris edib”. Bəs niyə təhsilin müdiri bu müəlliməyə himayədarlıq edir?. Rus dili müəlliməsi guya Bakıda yenidənhazırlanma və ixtisasartırma kursunda olub. 9 ay ərzində ingilis dilini “tam mənimsəyib” və olub ingilis dili müəlliməsi. Əslində isə heç bir yerdə kursda olmayan bu müəlliməyə ingilis dili müəlliməsi diplomunu Şamil müəllim 2 min 500 manata satıb. Ondan sonra bir neçə kəndin dərslərini həmin müəlliməyə verib.

Təəccüblüdür ki, yaxın vaxtlarda Saatlı rayonunda kompleks yoxlamada olan Maliyyə Nazirliyinin yoxlama briqadası bu “yeniliyi” görməyib. Bəlkə də görüb, ancaq dünyada tayı-bərabəri olmayan bu “yeniliyi” qabaqcıl iş təcrübəsi kimi yayamaq fikrində olublar. Bəlkə də Maliyyə Nazirliyinin yoxlama briqadası Azərbaycan müəllimlərinə sübut eymək istəyib ki, görün Saatlı rayonunda necə igid, mərd və zəhmətsevər təhsil işçiləri var.

Maliyyə Nazirliyinin yoxlama briqadası təhsil işçilərinin hər birinə ayada neçə dəfə ezamiyyə vərəqəsi yazılması, bir müəllimin bir ayda neçə dəfə “ezamiyyətə göndərilməsi” faktını da “görməyiblər”. Niyə də görsünlər? Axı... bu da dünya təhsil sistemində tayı bərabəri olmayan “yenilikdir”.

Saatlı təhsil sistemindəki bu “yeniliklərlə” daha kimlər maraqlanmalıdır? Niyə Təhsil Nazirliyi bu “qabaqcıl iş təcrübəsini” yaymır?.

Elxan Abbasov, Saatlı rayonu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.