Zərdabda məmur ata- oğul tandemi Zərdablıları talayır - Şikayət

21-06-2015, 15:37           
Zərdabda  məmur ata- oğul tandemi Zərdablıları talayır - Şikayət
Redaksiyamızın poçtuna Zərdab rayon Təhsil şöbəsinin müdiri Baba müəllim və oğlu Zərdab RİH-nin hüquq şöbəsinin müdiri Xəzri müəllim haqqda qısada olsa Zərdab rayon Burunlu kənd sakini İntizam kişi tərəfindən daxil olan ərizəsini sizlərin diqqətinə çatdırmışdıq.

Bildirmək istəyirəm həmin ərizədə göstərilən şikayətə görə qarşı tərəflə telefon əlaqəsi saxladıq və məsələni olduğu kimi özlərinə çatdırdıq.Qarşı tərəf bizdən bir gün vaxt istəyərək, vətəndaş İntizam kişinin məsələsin araşdırıb cavab verəcəklərini bildirdilər.Həmin vaxtı gözlədik bizə nə cavab vermədilər nədə ki, zəng etdilər.Mən onlardan cavab almadığım halda təkrarən qarşı tərəf zəng etdim, lakin yenədə cavab vermədilər. Dunyaxeber.com sayıtı olaraq vətəndaş bizdən Cənab Prezidentə müraciətin olduğu kimi çatdırmağın xahiş etdi.

Dunyaxeber.com xəbər verir ki, Zərdab rayon Təhsil şöbəsinin müdiri Baba müəllim və oğlu Zərdab RİH-nin hüquq şöbəsinin müdiri Xəzri müəllim haqqda qısada olsa Zərdab rayon Burunlu kənd sakini İntizam kişinin daxil olan ərizəsini sizlərin diqqətinə çatdırmışdıq.


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

Zərdab rayon Burunlu kənd sakinin Məmmədov İntizam Nizam oğlu tərəfindən

M ü r a c i ə t

Hörmətli cənab Prezident!
Siz qızıldan qiymətli vaxtınızın bir neçə dəqiqəsin Zərdab rayon Təhsil şöbəsinin müdiri Baba müəllim və oğlu Zərdab RİH-nın Hüquq şöbəsinin müdiri Xəzri müəllimin necə deyərlər bu ata oğlun Zərdab rayonunda hansı əməllərlə məşqul olduqlarına ayırsanız, yazdıqlarımın real olduqları bir daha təkrar olar.

Cənab prezident!
Məlum edirəm ki, Zərdab RTŞ-nin müdiri Baba müəllim mənim Burunlu kənd orta məktəbinə müəllim işlədiyim vaxtdan bu hadisənin şahidiyəm. Belə IX-illik məktəbdən 400-500 AZN manat XI-illik məktəbdən 800-1000 AZN manat siyahı ilə alınaraq Baba müəllimin stolunun üstə qoyulurdu direktorlar tərəfindən.
Oğlu Xəzri müəllim isə Zərdab RİH-nin hüquq şöbəsinin müdiri işləyə iləyə bu gündə hər ay rayonun mağazalarından, emalatxana, çilingər həttda kamer yamanan obyektlərinə kimi hər hər birindən aylıq100 AZN alınaraq Xəzri müəllimin stolunun üstünə gedir.

Çox Hörmətli Prezident!
Mən bildirmək istəyirəm ki, 10 ailə üzvüm var heç birimizdə işləmirik. Ailədə mən Ali təhsilli və sonradan ixtisasımı dəyişdirərək müəllim ixtisasına yiyələnərək 10 ildən artıq Burunlu kənd orta məktəbində müəllim işləmişəm. Ancaq Baba müəllim hansı əsasən məni işdən uzaqlaşdırıb bu gündə bəlli deyil. Onuda qeyd edim ki, mən Baba müəllim tərəfindən işdən uzaqlaşandan sonra Zərdab rayon Məhkəməsinə müraciət etdim, məhkəmənin qərarına əsasən öz işimə bərpa edildim, lakin Xəzri müəllimin iş otağında mənim öz yanımda Xəzri müəlim məhkəmyə zəng edərək İntizam kişinin işin ləğv et tapşırıqın verdi.Mən yenidən işimdən kənarlaşdırıldım.Demək belə başa düşürəm ki, Zərdab rayonunda ancaq baba müəllimlə Xəzri müəllimin yəni bu ata, oğulun qanunları işləyir. Bunlar bir daha subut edildi.
Dövlət Qulluğunda belə bir qanun var ən yaxın qohumlar hər ikisi Dövlət qulluğu haqqında qanunda onlardan biri vəzifədə qala bilər.Ancaq bu ata, oğul üçün qanunlar vacib deyil.

Cənab Prezident !
Sizdən artıq dərəcədə xahiş edirəm mənim və 10 nəfər ailə üzvümüzün ağır vəziyyətdə olduğun nəzərə alıb məni öz iş yerimə bərpa edilməsi üçün lazımı göztərişinizi verəsiniz.Belə ata, oğul korrupsioner əməllərlə məşqul olanların cəzasın qısa zamanda verilməsini sizdən xahiş edirik.

İmza: Məmmədov İntizam və 10 nəfər ailə üzvü.



Biz mətbuat olaraq bu ata , oğlun məsələsin diqqətda saxlayaraq onlar haqqında araşdırmalarımız davam edərək Cənab Prezidentə çatdıracağıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.