Fərhad Təhməzovun biznesmen qardaşları

21-06-2015, 18:15           
Fərhad Təhməzovun biznesmen qardaşları
Dərc etdiyimiz “Özü təmiz ətrafı pis” Fərhad Təhməzov” başlıqlı yazı 1999-cu ildə yaradılmış Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunda baş verən qanunsuzluqlardan bəhs edirdi. Xatırlatma üçün bildirək ki, bu Fond Nazirlər Kabineti yanında fəaliyyət göstərən qurumdur və Fondun ali idarəetmə orqanı Müşahidə Şurasıdır. Və Müşahidə Şurasının sədri Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovdur. Məqalədə Fondun keçmiş sədri, millət vəkili Ayaz Orucovun yerinə təyin olunan Fərhad Təhməzovun işdə heç bir müsbət dəyişikliyə nail olmaması xüsusi qeyd olunurdu. Yeni sədrin təyinatından 2 il keçsə də heç nə dəyişmədi. Əksinə dövlətin ayırdığı milyonlarla vəsait Fərhad Təhməzovun əli ilə şəxsi ciblərə axır. Tikilən binalara ayrılan vəsaitin demək olar ki, yarıdan çoxu mənimsənilir. Dərc etdiyimiz yazı cəmiyyətdə ciddi rezonans doğurduğu üçün redaksiyamıza yeni məlumatlar daxil olub. Öncə bildirmək istəyirik ki, Təhməzov qardaşları biznesmendirlər və Fərhad Təhməzovun “Qaçkınkomdan” qazandığı pulları biznesə yönəldiblər. Qardaşların biri Ataş Təhməzov tikinti sahəsində, digər qardaş Qoşqar Təhməzov isə səhiyyə sahəsində kommersiya fəaliyyətini davam etdirir. Əslində bu biznesmen qardaşlar Fərhad Təzhməzovun biznesinə “adminstratorluq” edirlər. Növbəti yazımızda Fərhad Təhməzovun tibbi klinikalarından və MTK-nın tikdiyi binalardan, “Qaçkınkom”un hansı layihələrində iştirakından bəhs edəcəyik.

“Qafqaznews”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.