“Bakcell”in növbəti dələduzluğu üzə çıxdı

26-06-2015, 15:16           

“Bakcell” mobil operatoru ilə bağlı şikayətlər səngimir.

Bu barədə arqument.az-a abunəçilər tərəfindən müntəzəm məktublar göndərilir. TİA.az bildirir ki, Bakcell-in istifadəçiləri gündəlik internet paketindən istifadə edərkən balansdan hər gün üçün 0.10 manat çıxılır. Bu, ay ərzində 3 manat edir. Verilən paketdə 25 Mb internet olur. “Bu paketlə sosial şəbəkələrə daxil olmaq, videorolikləri izləmək mümkün deyil. Problem isə başqadır, tutaq ki, telefonun balansında 20 Mb internet var, telefonu söndürüb, yenidən yandırdıqda isə bu, 3 Mb-ya düşür. Düzdür, hər dəfə olmasa da, əksər hallarda belə olur. Digər bir problem isə Mb bitdikdə isə Bakcell-dən xəbərdarlıq mesajı gəlməlidir. Amma bu mesaj Mb bitir və balansdan 20-30 qəpik çıxdıqdan sonra gəlir. Yəni, abonentə Mb-ın bitdiyi barədə SMS vaxtında gələrsə, o, hər hansı internet resursundan istifadə etməz və əlavə konturu da çıxmaz. Gün ərzində SMS gecikməsi ilə çıxılan 30-40 qəpik kontur ay ərzində 9-12 manat edir. Bu, da kifayət qədər bahadır,"-deyə şikayət məktubunda qeyd olunur. Məsələ ilə bağlı dəfələrlə Bakcell Müştəri Xidmətləri ilə əlaqə saxlanılsa da, problemi telefonun ayarları ilə bağlayırlar. Amma bu, bir nəfərdə olsa, başadüşülən ola bilər. Bakcell abonentləri ilə sosial şəbəkələrdə və canlı apardığımız sorğularımızda dediklərimiz əksini tapdı. Abonentlər bu cür haldan ciddi şəkildə narazıdırlar. Araşdırmalarımız davam edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.