Biznesmen-deputat Qaxın meşəliklərini İtaliyaya daşıyır-ÖZƏL

26-06-2015, 15:21           
Biznesmen-deputat Qaxın meşəliklərini İtaliyaya daşıyır-ÖZƏL
Qax rayonundan deputat olan Azər Kərimlidən yeni şikayətlər gəlməkdədir.

TİA.az-ın deputat barəsində yaydığı məlumatdan sonra elektron poçta narazılıq dolu məktublar ünvanlanır. Bu şikayətlərdə ana xətt kimi deputatın öz biznesinə başının qarışaraq camaatın problemləri ilə maraqlanmadığı qeyd olunur. Artıq 3-cü çağırışdır ki, Azər Kərimli Qax rayonunun deputatıdır. Bu il keçiriləcək növbəti parlament seçkilərində onun namizədliyinin irəli sürüləcəyi qeyri-müəyyəndir. Çünki biznesmen-deputat kimi tanınan A.Kərimli bu illər ərzində passivliyi ilə yadda qalıb. Məktublarda deyilir ki, deputatın İtaliya Respublikanın “Xidmətlərə görə” Cəngavər ordeni ilə təltif olunması təsadüfi sayıla bilməz. A.Kərimli məhz qoz ağacı biznesini bu ölkəyə daşıyıb və mebel sənayesində istifadə olunur. Qax rayonunda qoz ağaclarının kütləvi qırılması ilə bağlı hamı deputat A.Kərimlinin adını hallandırır. Deyirlər ki, A.Kərimli ağac materialları və mebelqayırma sahəsində biznesmen olaraq Qax rayonu əhalisinin “sağlamlığının keşiyində dayanır”. Onun Milli Məclisdə hər hansı mövzuda çıxış etməsi, fəallıq göstərməsi, Qarabağ münaqişəsindən danışması, təkliflər irəli sürməsi xatırlanmır. Parlamentdə biznesmen deputatların əksəriyyəti susqunluğu ilə ad çıxarıb. O cümlədən A.Kərimlinin də qeyri-fəallığı onun növbəti dəfə mandat alacağını sual altında saxlayıb. Məlumat üçün deyək ki, Kərimli Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Milli Məclisin Azərbaycan-İtaliya dostluq qrupunun rəhbəridir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.