Qazax icra hakimiyyətindən şəhidimizə hörmətsizlik - Nə baş sağlığı verdi, nə də yasa gəldi

27-06-2015, 12:53           
Qazax icra hakimiyyətindən şəhidimizə hörmətsizlik - Nə baş sağlığı verdi, nə də yasa gəldi
İyunun 23-də əsgərimiz şəhid olub. Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, dağ-meşə şəraitində yolu azan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Musayev Musa Sabir oğlunun meyiti minalanmış sahədə aşkar edilib.

teref.az xəbər verir ki, ailəsi rayon rəhbərliyinin onlara münasibətindən narazıdır.
M.Musayevdən başqa digər kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun axtarışları Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib. Hər iki hərbi qulluqçumuzun meyiti qarşı tərəfdə minalanmış sahədə aşkar edilib. Görülən tədbirlər nəticəsində cəsədlər ərazidən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
M.Musayevin əmisi Qabil Musayev ölkə.az-a bildirib ki, Qazax rayonunun rəhbər şəxslərindən heç kim qardaşı oğlunun dəfn mərasiminə gəlməyib:
"Musayla eyni gündə Ağstafadan da bir nəfər şəhidimiz vardı. Bu gün o şəhidin ailəsinə də başsağlığı verməyə getmişdim. Dedilər ki, rayon rəhbərliyi, polis, prokurorluq, hərbi komissarlığın rəhbər işçiləri gəliblərmiş.
Amma Qazax rayon rəhbərliyindən heç kim gəlməmişdi. Yalnız hərbçi yoldaşları bizi tək buraxmadı. Hərbçilərdən savayı heç kim gəlib maraqlanmadı. Bizim heç bir umacağımız yoxdur. İstədiyimiz diqqətdir. Heç bir şeyə ehtiyacımı yoxdur".
Qeyd edək ki, Qazax rayonunun icra başçısı Ayaz Əsgərovdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.