Sahibkar Vaqif Şıxəliyevdən Prezident İlham Əliyevə şikayət edir?

28-06-2015, 17:25           
Sahibkar Vaqif Şıxəliyevdən Prezident İlham Əliyevə şikayət edir?
Özünü “kral” adlandıran Vaqif Şıxəliyev yenidən gündəmə gəlib. Necə deyərlər, "Burda mənəm Bağdad da kor xəlifə".

Xatırladaq ki, “Təzə Bazar” şefi bir müddət əvvəl sahibkarın mülkiyyət hüququnu kobud şəkildə pozaraq obiyektini özəlləşdirib. Ötən yazılarımıızda bu barədə ictimayətə ətraflı məlumat verilib. Lakin bütün bu dərəbəliklərə sinə gələn Vaqif Şıxəliyev daha bir ərazini qanunsuz yolla zəbt etməyə nail olub.

Belə ki, mənbənin verdiyi məlumatlara görə V.Şıxəliyevə məxsus “Görüş” restoranı Bakı Dövlət Sirkini dözülməz vəziyyətə salıb. Nəzərinizə çatdıraq ki, Bakı Dövlət Sirkinin direktoru Maqbet Bünyatov məhz Vaqif Şıxəliyevin hərəkətə keçməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb. Buna səbəb M. Bünyatovun ikinci ilə mübavilənin qarşılıqlı şəkildə pozması təklifi göstərilir. Məlumatlarda o da vurğulanır ki, Vaqif Şıxəliyev hətda Maqbet Bünyatovu hədələyib.

Digər tərəfdən vətəndaşların böyük narazılığına səbə olan “Görüş” restoranı artıq bağlanmaq təhlükəsi ilə üzləşib. Restorandan qalxan tüstü ətrafı elə bürüyür ki, sirkə gələn uşaqlara mənfi təsir edir. Bu barədə aidiyyətli qurumlara rəsmi şikayət məktubu ünvanlanacaq. İnanırıq ki, Vaqif Şıxəliyevin əməllərinə dur deyən olacaq.

Bir daha nəzərinizə çatdıraq ki, “Təzə Bazr” şefi Vaqif Şıxəliyev Nəsimi rayonu, Səməd Vurğun küçəsi 73 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (23 saylı mağaza) sahibkar Daşdəmirov Sahib Atamoviçin xüsusi mülkiyyətində olan obiyekti qanunsuz yolla ələ keçirib. Etiraz edən sahibkara isə təcili ölkəni tərk etməyi tələb edilir.
Dosye orq

Növbəti yazılarımızda sahibkar Daşdəmirov Sahib Atamoviçin dövlət başçısına ünvanladığı müraciəti ixtiyarınıza veriləcək. Araşdırmalar davam edir..












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.