Səlim Müslümovun 34 saytı TSEK-ində bir şikəstə sağlam iddiası - VİDEO

1-07-2015, 14:55           
Səlim Müslümovun 34 saytı TSEK-ində bir şikəstə sağlam iddiası - VİDEO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 34 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Ərkinaz Məmmədovadan şikayətlər davam edir. 29.06.2015-ci il tarixdə saytımızda İmişli rayonu M.Əsədov küçəsində yaşayan Abbas Ibrahimov yardım ala bilməməsindən şikayət edirdi. Bu mövzu ilə bağlı bütün cəhdlərimizə bağmayaraq 34 saylı TSEK-in rəisi Ərkinaz Məmmədovanın mövqeyini öyrənə bilmədik. Bununla belə yazı yayımlandıqdan sonra saytımızın ünvanına bütün şər və böhtanları atmaqdan belə çəkinmədilər. Hətta iddia etdilər ki, guya saytımıza şikayət edən Xəqani Məmədov xəstə deyil, onun sadəcə olaraq xəstə görüntüsü yaradaraq şikayətini yayımlamışıq. Bu iyrənc iddialara cavab vermək üçün şikayətçinin ailəsinə baş çəkdik.

Xəqani Məmmədov atasını və anasını itirib. Körpə yaşlarından əmisinin himayəsində olub. Hətta orta məktəbə belə gedə bilməyib. İndi bu zavalı gənc adını belə yaza bilmir. Uzun illər dövlətin himayəsi altında yaşayıb. Lakin Ərkinaz Məmmədova bir neçə ay öncə 34 saylı TSEK-ə rəis gələndən sonra onun yamrdımını ləğv edib. İndi bu xəstə İmişli şəhərinin küçələrində dolaşır. İmişli Broylerdə heç kimin görmədiyi ən çirkablı işi görür. Toyuqların atılmış ayaqlarını təmizləyir.

Dövlət başçısı cənab İlham Əliyevə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova, hətta İmişlinin icra başçısı Vilyam Hacıyevə müraciət edən xəstənin valideynlərinə cavab vermək əvəzinə ən müxtəlif iyrənc yollarla mətbuata şər atırlar.
Əməkdaşlarımız şikayətçinin bütün sənədlərinin sürətlərini toplayıb. Videoreportajımızı hazırlamışıq. GUNDEMİNFO.AZ-ın əməkdaşlarının İmişlidən hazırladıqları reportajın bir hissəsini təqdim edirik.

P.S. Doğurdan da kimsə bu zavalı şikəst gəncə sağlam deyirsə, bunu deyənlərə, iddia edənlərə də belə sağlamlıq arzulayırıq.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.