İlginc: Bu xəstəxanada xəstələrdən rüşvəti cədvəllə alırlar... - Bakı Sağlamlıq Mәrkәzindә nə baş verir?

13-04-2015, 10:39           
İlginc: Bu xəstəxanada xəstələrdən rüşvəti cədvəllə alırlar... - Bakı Sağlamlıq Mәrkәzindә nə baş verir?
Bakı Sağlamlıq Mәrkәzindә baş verәn rüşvәt vә digәr özbaşınalıqlar xәstәlәr vә onların yaxınlarını dilә gәtirib.“Gündәm xәbәr”ә daxil olan mәlumata görә, ölkә әhalisi Bakı Sağlamlıq Mәrkәzindә 10 günlük müalicә kursu götürmәk istәyәrkәn çox ciddi pul tәlәblәri ilә qarşılaşırlar:

«Bu Mәrkәzә ayaq basan kimi, pul söhbәti başlayır. Mәsәlәn, qәbul şöbәsindә 20 manat, «kolyaska» aparan vә ya bәlәdçi (lifti işә salan) 3 manat, xadimә 3 manat, «postel» gәtirәn 5 manat qiymәt oxuyur. Yәni hәlә hәkimin üzünü görmәdәn tәxminәn 30­35 manat xәrclәmәlisәn. Qәbuluna yazıldığın hәkim isә 10 günlük kurs müalicәsi üçün ilkin olaraq 150 manat tәlәb elәyir. Bu qiymәtin tibb bacılarına aidiyyatı yoxdur. Açıq şәkildә deyirlәr ki, baş tibb bacısı üçün 10 günә 50 manat, növbәtçi tibb bacılarına isә 10 manat verilmәlidir».

Adının çәkilmәsini istәmәyәn xәstә yaxınlarından birinin qәzetimizә verdiyi mәlumata görә, hәr şey bununla bitmir: «Elә yatağına uzanan kimi, mәrkәzin aşbazı özünü hövlәnk yetirir. Başlayır ki, siz nә yeyirsiniz, nә olar, nә olmaz. Yәni aşbaza hesabat vermәklә iş bitmir. Aydın olur ki, hәr gün yemәk üçün әlavә bir manat da aşbaza ödәmәliyәm. Bundan sonra isә hәkimlәrin digәr fırıldaqları işә düşür. Belә ki, hәkimin israrlı tәlәbi ilә rentgenә 5 manat, ÜZİ­yә 15 manat, kordioqrama üçün 20 manat, tomoqrafiya üçün 50 manat vermәlisәn. Bununla canını rüşvәt tәlәsindәn qurtulduğunuzu da düşünmәyin. Hәkimlәr yazdıqları dәrmanları haradan, yәni hansı aptekdәn almaq uğurunda xәstә ilә açıq şәkildә mübahisә aparır. Deyir ki, guya digәr apteklәrdә satılan dәrmanlar keyfiyyәtsizdir. Yәni hәkimin tövsiyә etdiyi aptekdәn dәrmanı almasaq, müalicәyә tәminat verilmir. Bәli, әn tәsirli tәlә budur».

Şikayәtçi deyir ki, hәkimlәrin “әmәkdaşlıq” etdiyi aptekdәn nisbәtәn baha qiymәtә alınan dәrmanları hәtta xәstәnin ayağına gәtirirlәr:

«10 günlük müalicә dövründә hәkimlәrin başqa fırıldaqları da var. Mәsәlәn, kursun yarısında gәlirlәr ki, bәs, travmatoloq vә ya dәri hәkimi dә çağırmışıq. Buna görә 50 manat ödәnilmәlidir. Hәmin hәkim isә yoxlayandan sonra әvvәlki hәkimin yazdığı bir neçә dәrmanı qәbul etmәyi qadağan edir vә әlavә dәrman yazır. Tәbii ki, bu da apteklәrlә gizli әmәkdaşlıq edәrәk, xәstә “qanın sovurmağa” çalışan hәkimlәrin әlavә qazancı demәkdir».

Şikayәtçi deyir ki, әsәb sarsıntısı ilә keçәn kurs dövrü yekunlaşarkәn isә hәkimlәrin daha bir pul tәlәsi işә salınır: «Gәlib deyirlәr ki, daha 5 gün müalicәyә ehtiyac var. Hәtta utanmadan deyirlәr ki, kursa әlavә olunan günlәr üçün xәstәyә 50 faiz endirim olacaq. Bәli, Bakı Sağlamlıq Mәrkәzinә bu qәdәr xәrc qoyulub. Ölkә prezidenti әhalinin sağlamlığı vә onun tibbi müayinәsi ilә bağlı tapşırıqlar verib. Amma buranın hәkimlәri sanki ölkә prezidentinin tövsiyә vә tapşırıqlarına qarşı çıxmaqla, bu kampaniyaya da xәlәl gәtirmәkdәn çәkinmirlәr. Görünür, bunların hәyat amalı puldur. Ona görә dә ölkә rәhbәrliyi vә Sәhiyyә Nazirliyi bu mәrkәzdәki fırıldaqçılara qarşı sәrt addımlar atmalıdır. Әn azından ölkә prezidentinin nüfuzuna xәlәl gәtirәn rüşvәt vә fırıldaq sistemini tәtbiq edәnlәri işdәn qovmaqla cәzalandırmalıdırlar».
"Gündәm xәbәr"












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.