Elmi-Tədqiqat Travmatologiya və Ortepediya İnstitutundan əcaib rəy...

13-04-2015, 12:26           
Elmi-Tədqiqat Travmatologiya və Ortepediya İnstitutundan əcaib rəy...
Artıq neçə gündür ki, "Anadangəlmə əlili əsgər apardılar" başlıqlı yazı mediada müəyyən çübahisələrə yol açıb.
İndi isə həmin yazıdakı iddiaların əksinə olan araşdırmanı sizə təqdim edirik:
Hörmətli Tərəf. info saytı xahiş edirəm bu yazını mümkündüsə saytınızda yerləşdirin.Bu şikayətlə bağlı özüm şəxsən araşdırma aparmışam. Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm.Allah köməyiniz olsun.

Ucar rayon sakini Quliyeva Gülşən Ağaisa qızının 12.04.2015-ci il tarixdə mətbuatda dərc edilmiş şikayət ərizəsi ilə əlaqədar apardığım araşdırmanın nəticəsində əsil obyektiv həqiqət müəyyən edilmişdir.Belə k, şikayətçinin göstərdiyi kimi onun oğlu Quliyevi Əhliman Qəhrəman oğlunu Ucar rayon Hərbi Komissarı Həbib Əliyev öz başından həqiqi hərbi xidmətə göndərməmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat , Travmatologiya və Ortipediya İnsitituunun 10 mart 2015-ci il tarixli 1127 saylı həkim rəyinə əsasən hərbiyə yararlı bilinmiş və buna görə də Ucar rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə cəlb edilmişdir.Beləki 1997-ci ildə anadan olmuş Əhliman Qəhrəman oğlu Quliyevin 16 yaşı tamam olanda hərbi komissarlıq tərəfindən qeydiyyata alınan vaxt Ucar Rayon Hərbi Komissarlığının 08.05.2013-cü il tarixli göndərişinə əsasən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat , Travmatologiya və Ortipediya İnstitunun həkim komissiyasından keçirilmiş və yastı pəncəliyə görə hərbi xidmət keçməyə yararsız olması barədə 13.05.2013-cü il tarixli 3/15 saylı rəy verilmişdir. 2 il sonra 18 yaşı tamam olandan həqiqi hərbi xidmətə çağrılıb Ucar rayon Hərbi Komissarı Həbib Əliyevin 08.02.2015-cil tarixli göndərişi ilə həmin Elmi-Tədqiqat , Travmatologiya və Ortipediya insititunda həkim müayinəsindən keçirilmiş və Quliyev Əhliman Qəhrəman oğlunda şikayətində göstərdiyi anadan gəlmə 2 tərəfli 2-ci dərəcəli yastı pəncəliyin təyin edilməməsi və hərbi xidmətə yararlı olması barədə 10.03.2015-ci il tarixdə 1127 saylı rəy verilmişdir.Ucar rayon sakini Quliyev Əhliman Qəhrəman oğlu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat , Travmatologiya və Ortipediya İnsititutunun 10.03.2015-ci il tarixli rəyinə əsasən hərbiyə yararlı hesab edildiyinə görə Ucar rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə cəlb edilmişdir.Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat , Travmatologiya və Ortipediya İnsititutunun Quliyev Əhliman Qəhrəman oğlu barədə 2013-cü il və 2015-ci il tarixlərə vermiş olduğu rəylər açıq aşkar ziddiyət təşkil edir.Hər iki rəylər eyni həkimlər tərəfindən imzalanmaqla verilmişdir.Necə olur 2013- cü il tarixdə verilmiş rəydə aşkar olunan xəstəlik, eyni həkimlər tərəfində 2015-ci il tərəfindən verilən rəydə müəyyən edilməmişdir ? Bu sualın cavabını açıq-aşkar görünən korrupsiya faktının obyektiv araşdırılıb qanunu tədbirlər görülməsi üçün müvafiq orqanlardan almaq lazımdır.İnanaq ki, aidiyatı orqanlar tərəfindən saxtakarlıqla məşğul olan həkim komissiyası barədə qanunu tədbirlər görüləcək. Öz maddi marağına görə saxtakarlıqla məşğul olan həkim komisiyasının bu əməli cinayət faktıdır.
Əlaqə telefonum;(055) 768-47-24
Müstəqil jurnalist Fuad Hseynov .












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.