Əziz Əzizovun iddiaları böyüyüb

27-07-2015, 22:37           
Əziz Əzizovun iddiaları böyüyüb
Kərəm Həsənovun adamı daha böyük rayonu “işğal” etmək istəyir

Cəlilabadın icra başçısı Əziz Əzizov daha böyük rayonun rəhbəri olmağa çalışır. Dosye.org-a daxil olan məlumata görə, bu məsələdə əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov da ona dəstək verir. Lakin Cəlilabaddakı vəziyyət göstərir ki, Əziz Əzizov nəinki böyük rayona rəhbərlik edə bilər, ümumiyyətlə o kiçik idarənin müdiri vəzsifəsinin öhdəsindən belə gəlməz.

Daha doğrusu o, məmur olmağı sərvət toplamaq kimi anlayır. Belə olmasaydı Cəlilabadı şəxsi təsrrüfatı idarə etməzdi. Məsələn redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, Prezident İlham Əliyevin Cəlilbada səfəri ərəfəsində bütün idarə, müəssisə və təşkilat rəhbərləri icra başçı tərəfindən “yüklənir” . Bu da əlbəttə ki, rayonda böyük narazılıqlar yaradıb. Daha sonra mənbə iddia edir ki, Təhsil Şöbəsinin müdiri Vidadi Dövlətov artıq Əziz Əzizovun qəzzəbinə tuş gəlib.

Digər bir məlumatda isə bildirilir ki, Vidadi Dövlətov yola salındıqdan sonra , rayonun təhsil sahıəsində “hakimiyyət ” Dürdanə xanıma veriləcək. Lakin etiraf etmək lazımdır ki, başçının təyinatları birbaşa özünün şəxsi maraqları üçün nəzərdə tutulub. Çünki , Vidadi Dövlətov rayonda baş verən qanunsuzluqlara etiraz edən yeganə müdirdir.

Rayonda digər sahələrdə də kifayət qədər boşluqlar və bu kimi qanun pozuntuları barədə məlumatlar bu gündə ölkə mətbuatında yayımlanır. Qanun pozuntularından söhbət düşmüşkən bələdiyyələrin fəaliyyətləri də qeyd edilən nöqsanlar sırasındadır. Cəlilabad rayonunda 35 bələdiyyə fəaliyyət göstərir.

Fəaliyyətdə olan bələdiyyələrin 1-i şəhər ərazisində, 1-i qəsəbədə, qalanları isə (33 bələdiyyə) kənd yaşayış məntəqələrindədir. Rayondan verilən son məlumatlara görə yeni bələdiyyə sədri şəhər bələdiyyəsi posta yiyələnməkdən ötrü Əziz Əzizova elə bir “hörmət” edib ki, necə deyərlər “ Əl əli yuyar, əl də qayıdıb üzü yuyar”. İddialara görə , rayonun bələdiyyə sədri hazırda oturduğu postu qazanmaq naminə icra başçısına 10 min manat pul verib .

Edilən hörmət müqabilində bələdiyyə sədri qaz- vurur, qazan doldurur. Kənd bələdiyyələrin fəaliyyətinə gəlincə, böyük narazılıqlar ilə müşaidə olunur. Bütün bunları analız etdik də Əziz Əzizovun qanunsuz əməlləri demək olar ki, pik həddindədir.. Eyni zamanda Təzəkənd kəndinin ali təhsili belə olmayan icra nümayəndəsi də vəzifəyə yiyələnmək üçün 20 min manatından keçməli olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.