Deputata vә şirkәtinә müdhiş ittihamlar - Hardan haraya...

15-04-2015, 10:02           
Deputata vә şirkәtinә müdhiş ittihamlar - Hardan haraya...
Deputat Ağalar Vәliyevin rәhbәri olduğu qurumdan şikayәt var. “Gündәm xәbәr”in әldә etdiyi mәlumata görә, A.Vәliyevin rәhbәrlik etdiyi “Azәraqrartikinti” ASC bәzi tikinti şirkәtlәri ilә halallaşmayıb. Qurum MTK­lara vermәli olduğu milyonların qaytarılmasından yayınır. Sözügedәn tikinti şirkәtlәri qurumun sifarişi ilә paytaxt әrazisindә yaşayış binalarının tәmirini reallaşdırıb. “Azәraqrartikinti” ASC davamlı olaraq Bakı Şәhәr İcra Hakimiyyәtinin vә Nazirlәr Kabinetinin tenderlәrinin qalibi olması ilә diqqәt çәkir.

Deputat Xәzәrin bir neçә yüz metrliyindә, Novxanı kәndindә prezident sarayı ilә müqayisә edilә bilәcәk layihә reallaşdırıb. Mәnbә deyir ki, Ağalar Vәliyev ölkәdә analoqu olmayan çoxqübbәli villa tikdirib. “Azәraqrartikinti” ASC son bir neçә ildә büdcә vәsaitlәri hesabına daha çox tәmir­tikinti işlәri aparan tәşkilatlardan biri kimi ölkәnin әn iri vergi ödәyicilәri sırasında yer alır. Onun bu pullar hesabına villa tikdirdiyi iddia olunur.

Ağalar Vәliyevin ortaqlıq etdiyi tikinti şirkәtlәrindәn bәzilәri ilә hesablaşmaqdan imtina etdiyi barәdә gәzәn söz­söhbәtlәri dә nәzәrә alsaq, hörmәtli millәt vәkilinin çoxqübbәli villasının tikintisinә hansı mәnbәlәrdәn vәsait әldә etmәsi barәdә müәyyәn qәnaәtә gәlmәk olar.

Milli Mәclisә ara­sıra şok hesabatları ilә gündәmdәn düşmәyәn Hasablama Palatası deputat Ağalar Vәliyevin prezident sarayı ilә müqayisә edilә bilәcәk çoxmilyonluq mülkünün nәyin hesabına başa gәldiyini aşkarlaya bilәr.

Bir müddәt әvvәl deputat oğlunun qeyri­-qanuni olaraq pul yığdığı xәbәrlәri dә var idi. Mirәli Qaşqay 94 vә Sabit Rәhman 53 ünvanında yaşayan sakinlәr şikayәt edirdilәr.

Sakinlәr hәr iki ünvanın bir mәhәllәni әhatә etdiyini vә binaların birinci mәrtәbәsindә “Mәlәk” uşaq әylәncә mәrkәzinin yerlәşdiyini bildirirlәr. Bu әylәncә mәrkәzinin hәyәtindә uşaq oyun aksesuarları quraşdırılması üçün MTK­nın bina sakinlәrindәn pul yığdığını deyiblәr.

Sakinlәr hәr iki binanın vә bağçanın Aqrar­Tikinti ASC­-nin sәdri Ağalar Vәliyevin oğlu Pәrviz Vәliyevә mәxsus MTK­-ya aid olduğunu yazırdılar. Bağça rәhbәrliyi bizdәn hәr iki binanın orta hissәsindә bu müәssisәyә mәxsus uşaq avadanlıqlarının quraşdırılması üçün pul tәlәb edir. Binada yaşayan ailәlәrin hәr birindәn 100 manat istәnilir. MTK sәdri deyir ki, әgәr 100 manat verilmәsә, arayış da almayacaqsınız.

V çağırış Azәrbaycan Parlamentinin fәaliyyәtә başlamasından dörd ildәn çox vaxt keçsә dә, bu müddәtdә bәzi deputatların ümumiyyәtlә hәr hansı fәaliyyәti hiss olunmadı.
İstәr qanunvericilik tәşәbbüslәrinin irәli sürülmәsi, istәrsә dә ictimaiyyәtlә tәmas baxımından heç bir fәaliyyәti olmayan deputatlar arasında parlamentә ilk dәfә mandat qazanan millәt vәkillәri xüsusi yer alır. Onlardan biri dә 11 saylı Qaradağ seçki dairәsini tәmsil edәn deputat Ağalar Vәliyevdir. Tikinti sektorunda aparıcı paya malik “Azәraqrartikinti” şirkәtinә rәhbәrlik edәn A.Vәliyev hәm dә mәtbuata qapalı deputatlar sırasında yer alır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.