Laçın Təhsil Şöbəsindən yenə şikayət edirlər - heç kim duymur

5-09-2015, 12:09           
Laçın Təhsil Şöbəsindən yenə şikayət edirlər - heç kim duymur

Laçın rayonun Şeylanlı kənd sakini Baxışov Baxış Aslan oğlu tərəfindən GUNDEMİNFO.AZ-a daxil olan şikayət məktubunu olduğu kimi təqdim edirik. Qeyd edək ki, şikayət Laçın Rayon Təhsil Şöbəsi ilə bağlıdır.

- Hörmətli Agenlik!

Laçın RTŞ-nin müdiri M.Vəliyevin qanunsuz əməllərinin qarşısının alınması haqda bütün dövlət orqanlarına şikayət ərizələri ilə müraciət etsəkdə heç bir əməli tədbir görülmür.Rayonun Ağ göl Ümumuorta məktəbinin riyaziyyat müəlimi işləmiş və əməkhaqqısından M.Vəliyevə "vergi" verməkdən imtina etdiyi üçün çox çətin stiuasiyalarla üzləşərək ikinci dəfə köçkün həyatı yaşamaqa məcbur edilmiş Ağayarov Vüqar Ziyatxan oğlu aidiyyatı orqanlara rüşvət faktını təsdiq edəcək audiyo yazı təqdim etsədə M.Vəliyevə qaşın üstə gözün var deyən tapılmadı.Bu problem Nazirlik səviyyəsinə qalxdıqdan sonra M.Vəliyevin Təhsil Nazirliyindəki himayədarları rayonun Ağ göl ümumi orta məktəbinin direktoru H.İbrahimovu qurban verərək M.Vəliyevi yenədə sudan quru çıxarda bildilər.

Hörmətli Agentlik!

Laçın RTŞ-də hakim kəsilmiş rüşvətinin acı nəticələri biz köçkün həyatı yaşayan laçınlıların ağır olan vəziyyətini dahada ağırlaşdırır. 2013-cü ilin setyabr ayında rayonun Uşaq Gənclər Şahmat məktəbinin məşqçi müəllimliyimdən razılıqım əsasında rayonun Şeylanlı kənd 2 npmrəli tam orta məktəbinə ixtisasım üzrə müəllim dəyişdirildim.Lakin M.Vəliyevə çatacaq məbləği verə bilmədiyim üçün 2014-cü ilin yanvar ayınacan məcburi praqula cəlb edildim.Əsas isə vakant yerin olmaması göstərilirdi.Bu məsələ barədə məhkəmələrə baş vursamda ədalətli qərara nail ola bilmədim. Nəhayət 2014-cü ilin yanvar ayından adıgedən məktəbə əmək müqaviləsi əsasında müəllim götürüldüm. 2014-cü ilin sentyabr ayında mən və gəlinim Yunusova Bilurə Adıgözəl qızı bir illik müqavilə ilə Şeylanlı kənd iki nömrəli tam orta məktəbəinə müəllim götürüldük. A ramızda olan şifahi razılaşmaya görə M.Vəliyevə şirinlik olaraq hər birimizə 500 azn pul verməli idim. Lakin mən M.Vəliyevlə görüşüb vəziyyətimizin ağır olmasını bildirdikdə mənə hörmət etdiyini və həmin 1000 manat pulu almadığını bunun müqabilində isə məktəb direktoru vastəsi ilə hər ay hər birimizdən 50 azn olmaqla "tədbirdə" iştirak etməyi bildirdi.Həmin ilin sentyabr, oktyabr və noyabr ayları göstərilən məbləği ödəsəmdə maddi vəziyyətimizin yaxşı olmaması dekabr ayından bu məbləği ödəməyimə imkan vermədi. Əslində bu məbləği ödəmədikdə hansı çətinliklərlə qarşılaşacaqımı əvvəlcədən bilirdim.Lakin başqa imkanəmda yox idi. 2015-ci ilin yanvar ayında qızım Baxışova Rəmziyyəyənin ixtisası uzrə UYBR vəzifəsinə təyin olmasına görə M.Vəliyevin məndən 1000 manat rüşvət istəməsi səbr kasamı doldurdu və Azərbaycanın Birinci xanımı Mehriban xanım Əl iyevaya müraciət etdim ki, fondan mənə 1000 manat pul verin M.Vəliyevə verib qızıma iş alım. Həmin pulu əməkhaqqımızdan aybaay ödəyək. Bu yazıdan sonra həm M.Vəliyev həmdə Laçın RİH-nın Başçısı A.Səlimovun çox qəddar və amansız təziqləri ilə üzləşdik. Ailəmizə iqtisadi sanksiyalar tətbiq edildi.Bu sanksiyaların acı nəticəsidir ki, 2014-cü ilin sentyabr ayında bizimlə bağlanmış bir illik əmək müqaviləsi gizlədilərək iyun ayının əməkhaaqısından və məzuniyyətdən məhrum edilmişik. Bununla bağlı M.Vəliyevə etdiyim şifahi müraciətə cavab olaraq bildirir ki, məktəb direktoru F.Əmirquliyev qanun pozuntusuna yol verdiyi üçün Təhsil Nazirliyi tərəfindən işdən azad edilməsinə dair göstəriş verilib.
Mən portalınız vastəsi ilə Cənab Nazirimiz M.Cabbarova sual edirəm. Cənab Nazir M.Vəliyevin cinayət xarakterli əməllərinə neçə məktəb direktorunu qurban verəc əksiz?

Bəlkə siz 11 uşaqa orta məktəb verməyidə məktəb direktorunun ayaqına yazasız.

Bu gün Laçın obalarında və ayrı-ayrı ferma tipli yerlərdə fin evlərdə fəaliyyət göstərən məktəblərin faktik dəyərindən beş dəfə çox təmir bərpa üçün vəsait ayrılib mənimsənir.Bu pullara görə kimi kimi M.Vəliyevə qurban verəcəksiz.
Tarifləşmə siyahılarında dolayı yollarla dövlətdən on minlərlə qoparılan pullara kim Cavab verəcək?
Sual olunur məqsəd nədir ki, Təhsil və Maliyyə Nazirliklərinin bir neçə məktəbdə apardığı yoxlamalarda aşkar olunmuş korrupsiya faktları örtbastır edilir.

Laçın rayonun Şeylanlı kənd sakini Baxışov Baxış Aslan oğlu.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.