Akif Əsgərovun «fiber optik internet kabeli» korrupsiyası

6-09-2015, 23:38           
Akif Əsgərovun «fiber optik internet kabeli» korrupsiyası
Sumqayıt Telekommnuikasiya Qovşaqlarının yenilənməsində ciddi korrupsiya və məniməsənilmə hallarına yol verilib. Bu barədə PİA.AZ-a daxil olan məlumatda bildirilir. Məlumata əsasən ötən il, 2013-cü ildə Sumqayıt Telekommnuikasiya Qovşağında 100 min metrdən artıq kabel yenilənib və köhnə kabellər yenisi ilə əvəzlənib. Bundan başqa keçən il ayrı-ayrı müəssisə və təşkilatlara ümumilikdə 40 min metrə yaxın fiber optik internet kabeli çəkilib. Lakin bu yenilənmə işi korrupsiyasız ötüşməyib. Belə ki, iddaya əsasən Sumqayıt Telekommnuikasiya Qovşağının rəisi Akif Əsgərov kabelin qiymətlərini şişirdərək külli miqdarda dövlət vəsaiti mənimsəyib. Məlumatlı mənbəninin bildirdiyinə görə faktiki olaraq fiber optik internet kabellərin çəkilməsi üçün 1 manat vəsait xərclənsə də, Akif Əsgərov sənədlərdə hər bir metr fiber optik internet kabeliin çəkilməsi üçün 3 manat sərf olunuduğunu göstərib. Mənbəninin iddasına görə dəyişdirilən və yeni çəkilən fiber optik kabellərin ümumi uzunluğu 150 min metrdən çoxdur. Bu isə belə anlama gəlir ki, təkcə 2013-cü ildə kabel dəyişdirilməsi və çəkilişi əməliyyatından Akif Əsgərov 300 min manatdan çox vəsait mənimsəyib. Həmçinin məlumatda o da vurğulanır ki, Akif Əsgərov xəttlərin uzunluğu ilə bağlı sənədlərdə saxtakarlığa yol verib. Yəni bir çox dövlət və özəl müəsissələrə çəkilən fiber optik internet xətlərinin uzunluğu sənədlərdə göstərildiyindən bir neçə dəfə qısadır. Lakin Akif Əsgərov həmin xətlərini məsafə uzunluğunu artırmaqla dövlət vəsaitini mənimsəyib. Bundan başqa Akif Əsgərovun adamları özəl təşkilatlara, şirkətlərə çəkilən fiber optik internet xətlərinin çəkilməsi üçün qovşaq rəisinin adından müəyyən «haqq» alırlar və bu «haqqın» üçdə iki hissəsinin də məhz Akif Əsgərova çatdığı bildirilir. Sumqayıt Telekommnuikasiya Qovşağının rəisinin başqa bir maxinasiyasının isə Sumqayıt şəhərinin müxtəlif yerləriədəki ATS- lərin aftomatlaşdırılması, telefon şkaflarının dəyişdirilməsi əməliyyatları olduğu bildirilir. Bu əməliyyatlarda da Akif Əsgərov dövlət büdcəsindən ayrılan vəsaitləri birbaşa öz cibinə axıtdığı qeyd olunur. Məlumatda həmçinin Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərovlun dövlətdən oğurladığı milyonlarla manat vəsaitlər hesabına yaratdığı biznes şəbəkəsi ilə bağlı verdiyi məlumatlar da yer alır. Bu biznes sahələrini araşdırdıqdan sonra ictimaiyyətin diqqətinə cəlb edəcəyik. Qarşı tərəfin mövqeyini verməyə hazırıq…












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.