Ağalar Vəliyevlə bağlı inanılmaz İTTİHAM

7-09-2015, 16:42           
Ağalar Vəliyevlə bağlı inanılmaz İTTİHAM
“Azəraqrartikinti” ASC-nin sədri, deputat Ağalar Vəliyevlə bağlı şok ittiham var. Yox, bu dəfə deputat nə yeyintidə, nə də hansısa maliyyə maxinasiyasında ittiham olunmur. Söhbət daha ciddi və daha təhlükəli məqamlardan xəbər verir.

DİA.AZ-ın elektron poçtuna daxil olan informasiyada qeyd olunur ki, son zamanlar terrorçu kürdlərin təşkilatı olan PKK-ya qarşı dövlət səviyyəsində tədbirlərə əl atan qardaş Türkiyədə Azərbaycandan sarı da müəyyən nigarançılıqlar var.
Müraciət müəllifi anonim qaydada dia.az-a yazır: "Azərbaycanda bəzi şəxslərin, şirkətlərin adları PKK-ya dəstək verənlər sırasında bu günə kimi dəfələrlə hallanıb. Hətta bu dəstəyini gizlətməyənlər də var. Məsələn, "Kürd Diplomat" qəzetinin qurucusu Tahir Süleyman da belələrindəndir. Amma dəstək verib, bununla bağlı susanlar da yetərincədir".

Mənbə iddia edir ki, son günlər antiterror əməliyyatlarını gücləndirən qardaş Türkiyədə bəlli bir siyahı da tutulub: "Həmin siyahı Azərbaycandan PKK-ya dəstək verənlərinn adlarından ibarətdir. Maraqlıdır ki, bu siyahıda “Azəraqrartikinti” ASC-nin sədri, deputat Ağalar Vəliyevin də adı var". Mənbəyə görə, Ağalar Vəliyev müxtəlif dpnəmlərdə PKK-ya yaxın maliyyə şəbəkələri ilə əlaqələrdə olunub: "İndi buna görə, Türkiyə hökuməti ciddi araşdırmalara başlayıb. Və sübutlar toplanarsa, rəsmi Ankara Azərbaycana konkret siyahı təqdim edəcək ki, onların arasında Ağalar Vəliyevin adı da mütləq şəkildə yer ala bilər".

Araşdırmalarımız davam edir. Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.