Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun “başı üzərində qara buludlar dolanır”.

23-09-2018, 17:42           
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun “başı üzərində qara buludlar dolanır”.
Bu yazıda məqsədimiz yenixeber.org-a daxil olmuş yeni məlumatları ictimailəşdirməkdir.
Məlum olduğu kimi ötən ayın son günlərində Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Şöbəsinin müdiri Zaur Bəylərovun korrupsiya faktı ilə işdən qovulması haqqında mediada xəbər yayıldı. Belə ki o rayonun “Zümürxan Kənd İcra Nümayəndəsinin müavini Elxan Bəşirovu çağıraraq pul tələb edib. Zaur Bəylərova Elxan Bəşirov imkanı çatmadığından, xəstəsi olduğundan maddi sıxıntılar keçirməsini izah etməyə çalışsa da, qərar dəyişməz qalıb. Əks təqdirdə pul çatdırılmasa işdən azad olunmaqla hədələnib. Nümayəndə müavini arada olan danışığı telefonun yaddaşına köçürüb. Ertəsi gün Elxan Bəşirovun işdən azad olunması barədə əmr verilib. İşdən azad olunmasını qanunsuz hesab edən Bəşirov korrupsiya faktını sübuta yetirən səs yazısını çoxaldaraq Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevə və hüquq mühafizə orqanlarına ünvanlamaqla tələb olunan pulu vermədiyinə görə işdən çıxarıldığını əsaslandırıb.

"Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev məni qəbul edərək, yaranmış durumla maraqlandı. Dərhal işimə bərpa olundum. Bərdə rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Şöbəsinin müdiri Zaur Bəylərov tutduğu vəzifədən avqustun 17-də azad olundu. Respublika Prokurorluğu Korrupsiyaya qarşı mübarizə İdarəsində şikayətim əsasında cinayət işi açılaraq araşdırma aparılmağa başlanılıb.”-deyə Elxan Bəşirov bildirib.

Bildirildiyinə görə faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinda araşdırmalara başlanılıb. Avqustun 18- də adı çəkilən qurumun əməliyyat qrupu Zaur Bəylərovu saxlayıb. Əldə olunan məlumata görə sonradan onun haqqında həbs qətimkan tədbiri dəyişdirilərək evinə buraxılıb”.(miq.az)
Sual oluna bilər ki, bu olayın Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərova nə aidiyyatı var. Rayondakı mənbəmizin yenixeber.org-a verdiyi məlumata görə bu hadisədən sonra hörmətli Xaləddin müəllimin rahatlığı əməllicə pozulub. Səbəb isə Zaur Bəylərova məxsus “müqəddəs kitab”da Xaləddin Ələkbərovun da adının yer almasıdır. Bir zamanlar adının o kitaba düşməsindən ruhlanan kollec direktoru indi gözəgörünməz bir əlin onun adını o kitabdan silməsini arzulayır...

Xaləddin müəllimlə bağlı yenixeber.org-a daxil olan digər bir məlumat isə keçmiş direktorun zamanına aid diplomun bir şəxsə satılması ilə bağlıdır...(?)
Bu məlumatlarla bağlı Xaləddin müəllimlə əlaqə yarada bildik. Bizimlə telefon danışığında qarşı tərəf “deyilənləri heç bir fakta söykənməyən yalan adlandırdi” . Beləcə qısa və konkret.
Qarşıdakı günlərdə lazımı araşdırmalarla mövzunu davam etdirməyə çalışacağıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.