Əli Ömərovdan Eldar Mahmudovun işindən azad olunması ilə bağlı YENİ İDDİALAR

19-10-2015, 13:00           
Əli Ömərovdan Eldar Mahmudovun işindən azad olunması ilə bağlı YENİ İDDİALAR
Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad olunması gündəmin əsas mövzusu olaraq qalmaqdadır.

Son məlumatlara görə, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun əməkdaşları MTN-də birgə xüsusi əməliyyat həyata keçiriblər. Əməliyyat zamanı MTN-in Monitorinq Mərkəzinin (telefonların dinlənilməsi idarəsinin) əməkdaşları, o cümlədən Natəvan Məmmədova və general-mayor Teymur Quliyev, habelə Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev saxlanılıblar.

Saxlanılan şəxslər hazırda elə MTN-in təcridxanasındadır. Monitorinq Mərkəzi isə möhürlənib. Orada hazırda araşdırma gedir.

Maraqlıdır ki, məsələnin araşdırılması Baş Prokurorluğun istintaq qrupuna həvalə edilib. Hətta baş prokurorun I müavini Rüstəm Usubov və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərliyinə daxil şəxslər də şəxsən MTN-in binasında olublar.

Məlumata görə, istintaq qrupuna milli təhlükəsizlik nazirinin keçmiş müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev rəhbərlik edir.
Prokurorluq orqanları xüsusi xidmət əməkdaşlarının qeyri qanuni hərəkətlərini nə qədər üzə çıxara biləcəklər?
Bu sualla keçmiş baş prokuror Əli Ömərəva müraciət etdik. Eks baş prokuror Hafta.az-a açıqlama verərək baş vermiş hadisəyə münasibət bildirib:

“Prokurorluğun əməkdaşlarının MTN-də araşdırmalar aparması haqda məlumatlar dolaşır. Əgər prezident belə bir göstəriş veribsə, qurumda bunu araşdıra biləcək kifayət qədər kadrlar mövcuddur. Onların bunu səlahiyyətləri də çatır. Hələ dəqiq bilinmir ki, Eldar Mahmudov nəyə görə işindən azad edilib. Bu onun yarıtmaz işinə görə də ola bilər”.

Eks baş prokuror Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətini qənaətbəşx hesab etmədiyini bildirdi:

“Mən bu qurumun gördüyü son işlərdən razı deyildim. MTN vəzifə səlahiyyətlərini aşaraq tamam başqa işlərlə məşğul olmağ başlamışdı.

Hamıya bəllidir ki, nazirliyin əməkdaşları öz vəziflərini qoyub tamam başqa işlərlə məşğul olurdular. MTN-in əməkdaşının nə ixtiyarı var ki, ev tikən şəxsin sənədini yoxlaya və bu sənədlər qaydasında olmazsa ondan haqq tələb etsin?

Onların vəzifəsi dövlətçiliyi qorumaq, ölkəyə qarşı yaranan təhlükələrin qarşısını almaq olmalıdır. MTN isə bina tikən, sahibkarlıqla məşgul olan insanlardan qanunsuz olaraq haqq tələb edirdi. Bu haqda son günlər cəmiyyətdə çox məlumatlar dolaşırdı. Hesab edirəm ki, MTN ilk öncə üzərinə düşən işin öhdəsindən gəlməlidir.”

Əli Ömərov həmçinin parlament seçkilərində iştirak etməməsi haqda danışdı:

“Bildiyiniz kimi seçkiyə getməmək haqda qərar verdim. Bu addımı bir müddət araşdırmadan sonra etmişəm. Hesab edirəm ki, indiki məqamda seçkiyə qatılmağım doğru deyildi və özüm üçün ən məqbul qərarı verdim”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.