Eynulla Şirin Mirzəyevi haradan tanısın? - Rey Kərimoğlu

8-04-2019, 18:20           
Eynulla Şirin Mirzəyevi haradan tanısın? - Rey Kərimoğlu
“O, yəqin, növbəti parlament seçkiləri ilə bağlı məlum yerdəki “Bos”undan tapşırıq alıb...”
Jurnalist Eynulla Fətullayev dünən özünün “Facebook” səhifəsində şəhid Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, deputat Flora Qasımova haqda heç bir əsası olmayan hədyanlar səsləndirib.

Keçmiş Qarabağ döyüşçüləri, o cümlədən bilavasitə polkovnik-leytenant Şirin Mirzəyevin alayında savaşmış veteranlar bunu hiddətlə qarşılayıb. Tanınmış Qarabağ qazisi və jurnalist, 1991-1993-cü illərdə Şirin Mirzəyevin komandiri olduğu alayın tərkibində kəşfiyyatçı kimi döyüşərək ağır yaralanmış Rey Kərimoğlu Moderator.az-a açıqlamasında bunları söyləyib:

“ Azərbaycan ictimaiyyəti gözəl bilir ki, Flora xanım Qasımova savadlı, bilikli bir müəllim, pedaqoq, hələ sovet dövründən aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olan milli ruhlu, ləyaqətli bir Azərbaycan vətəndaşıdır…

Bəlkə də bəziləri bilmir? Flora Qasımova hələ 1973-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları sovetinin üzvü olub. Hazırda Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvüdür. Qarabağ problemi ilə də bağlı, illərdir ki, imkanları daxilində kifayət qədər çıxışlar edir, müsahibələr verir, sözünü deyir. Ziyalı, vətənpərvər və obyektiv bir insandır. Eynullanın narahatçılığına gəldikdə isə, narahat olmasın, Flora xanım Qarabağın tarixini, mədəniyyətini yaxşı bilir, problemlə bağlı Azərbaycanın haqlı və ədalətli mövqeyini də dəfələrlə ifadə edib və bu gün də bu işi görür. Lazımi məqam yetişəndə də sözünü daha yüksək səviyyədə deyəcək...

Sözügedən tanınmış(!) sayt rəhbərinin şəhid Milli Qəhrəman, polkovnik-leytenant Şirin Mirzəyevi tanımamağına gəldikdə isə, yaxşı başa düşürəm, axı Eynulla Şirin Mirzəyevi haradan tanısın? Onun tanıya biləcəkləri adamlar siyahısında Şirin Mirzəyevin adı olmaya bilər... Amma əsas odur ki, Şirin Mirzəyevi Azərbaycanı, Qarabağı sevənlərin hamısı tanıyır...

…Şirin Mirzəyev mənim komandirim olub. Azərbaycan ordusunu quranlardandır komandirim... Bununla qürur duyuram... O,1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid oldu. Azərbaycanın Milli Qəhrəmanıdır...”

“Eynulla, yəqin, növbəti parlament seçkiləri ilə bağlı tapşırıq alıb... Onun sosial-şəbəkədəki son cızma-qaraları da gələn ilki parlament seçkilərinə “hazırlığın”tərkib hissəsidir...”-deyə Rey Kərimoğlu əlavə edib.

Sultan Laçın












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.