“Büdcəni talayanlara “gözün üstə qaşın var” deyən olmur”

10-04-2019, 08:32           
“Büdcəni talayanlara “gözün üstə qaşın var” deyən olmur”
Fəzail Ağamalı: “Büdcə vəsaitlərinin düzgümn xərclənməməsinə görə məmurlar cəzalanmalıdır”

“Büdcədən pul oğurlayanların mənimsədiyi pullar təkcə geri qaytarılmamalı, həmçinin onlar ciddi cəzalandırılmalıdır. Hüsablama Palatası konkret qurumlarda büdcə vəsatilərin düzgün xərclənməməsini aşkarlayıb. Həmin vəsaitləirn büdcəyə qaytarıldığı qeyd olunsa da, bu qanunsuzluğa yol verən məmurlara “gözün üstə qaşın var” deyən olmur”.

Bizimyol.info xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Milli Məclisdə Hesabalama Palatasının illik hesabatı zamnaı çıxışında deyib.

O qeyd edib ki, büdcə vəsaitlərinin düzgümn xərclənməməsinə görə məmurlar cəzalanmalıdır:

“Məmurun cəzalandırılması üçün gərək vəzifədən çıxması gözlənilsin? Onların biznesi və əmlakı barədə vəzifədən çıxdıqdan mətbuatda məlumatlar gedir. Hesablama Palatası zamanında fəaliyyət göstərib belə şəxslərin qanunsuz əməllərimni aşkar etməli və bu barədə hüquq-mühafizə orqanlaırn məlumat verilməlidir”.

O əlavə edib ki, Milli Məclisdə dəfələrlə müzakirə olunmasına baxmayaraq ayrı-ayrı dövlət qurumların büdcədən vəsaitin mənimsənilməsi ənənəsi davam edir. “Ona görə də hesab edirəm ki. büdcədən vəsaitlərin mənimsənilməsi istiqamətində belə neqativ hallaırn baş verməməsi üçün biz Hesablama Palatasının müstəqilliyini təmin edərək, digər dövlət qurumlaırnın təsirindən xilas etməliyik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.