"Görünən budur ki, Məmmədyarov görüşdən nikbin əhval-ruhiyyə ilə geri dönüb" - deputat

16-04-2019, 20:54           
"Görünən budur ki, Məmmədyarov görüşdən nikbin əhval-ruhiyyə ilə geri dönüb" - deputat
“Azərbaycan və Ermənistan XİN başçılarının Moskva görüşünün yekunu ilə bağlı nazir Elmar Məmmdəyarovun verdiyi bəyanatlardan tanışam. Görüşün yekunun yüksək səviyyədə keçməsi ilə bağlı standart diplomatik fikirlər səsləndirilib. Görünən budur ki, Məmmədyarov görüşdən nikbin əhval-ruhiyyə ilə geri dönüb”.
Bunu “Ölkə.Az”-açıqlamasında deputat Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, ancaq dəfələrlə belə hallar olub ki, XİN başçıları səviyyəsində belə hallar baş verib və Məmmədyarov da nikbin çıxışlar edərək, hətta substantiv danışıqlar getdiyini bildirib:

“Ancaq qarşı tərəf özünəməxsus hiyləgərlik, riyakarlıq edərək danışıqları pozublar. Nəticədə mövcud status-kvo dəyişilməmiş qalıb. Ona görə də mən elə hesab edirəm ki, ermənilərin bu hiyləgərliyi özünəməxsus formada davam edəcək. Biz uzun illərdir ki, bunun nəticələrini görürük”.

Bununla belə deputat qeyd edib ki, mən aparılan danışıqların müsbət sonluqla bitməsinə inanmaq istərdim və bu, digərləri kimi mənim də istəyimdir:
“Bu eyni zamanda ölkə başçısının işğal olunmuş torpaqlarımızın azad olunması istiqamətində apardığı siyasətin tərkib hissəsidir. O baxımdan biz də işğala danışıqlar yolu ilə son verilməsini istəyirik. Məsələ qan tökülmədən, sülh yolu ilə həll edilsin. Ancaq bu nə dərcədə realdır deyə bilmərəm”.
Deputat onuda əlavə edib ki, danışıqlar yaxın gələcəkdə konkret nəticə verməzsə, oz aman danışıqların davam etdirilməsi təhlükə altında qalacaq: “Mənim gümanın belədir ki, qarşıdakı qısa zaman kəsiyində danışıqlar konkret nəticələrlə müşaiyət olunmayacaqsa, danışıqlar dayandırılacaq. Bu isə fərqli bir situasiya yaradacaq. Sözü qəhrəman Azərbaycan Ordusu deyəcək və məsələyə nöqtə qoyacaq”.

Məhbuslar və ya girovlarla yaxınlarının görüşünə gəldikdə isə F.Ağamalı bildirib ki, mən bu məsələni bir o qədər də anlaya bilmirəm:

“Bu nə verəcək. Elə bu yaxınlarda Dilqəmin, yoxsamı Şabazın oğlu verdiyi açıqlamada atasının videogörüntü vasitəsi ilə əlaqə yaratmaq istədiyini dilə gətirib. Bildirib ki, görək onun vəziyyəti necədir. Əgər ona atası ilə normal görüş keçirməyə imkan verilməyəcəksə, niyə ora getməlidir ki?... Bununla bağlı Azərbaycan Prezidentinin konkret fikri var ki, hamı-hamıya prinsipi əsasında məhbuslar və girovlar dəyişdirilsin. Yoxsa mən bunu erməni hiyləgərliyi hesab edirəm. Bütün bunlara baxmayaraq, mən məsələ ilə bağlı qəti fikir söyləyə bilmərəm. Söz məhbus və girovların yaxınlarınındır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.