Partiya sədrindən deputata tutarlı CAVAB: “Xalq ölümə hazırdır, amma...”

14-05-2019, 17:30           
Partiya sədrindən deputata tutarlı CAVAB: “Xalq ölümə hazırdır, amma...”
Sərdar Cəlaloğlu:“Kimlərsə övladlarını Qarabağ uğrundan qurban vermək istəmirsə, bu, onların öz işidir”
“Qardaşım oğlunu Qarabağda itirən biri kimi deyirəm, bundan sonra ailəmizdə olan bütün kişilər torpaqlarımız uğrunda həlak olmağa hazırdır. Fədakarlığın buynuzu olmur ki ?! ”


Bu günlərdə millət vəkili Qüdrət Həsənquliyev böyük müzakirələrə səbəb olan və ciddi rezonans doğuran fikir səsləndirib. O qeyd edib ki, Azərbaycan xalqı Qarabağı azad etmək üçün fədakarlığa hazır deyil. Parlamentarinin sözlərinə görə, Qarabağ savaşında içimizdən satqınlar çox çıxdı. Hər dövrün öz çətinlikləri var. Həmçinin də bugünkü dövrün:

"Ona görə də müharibə barədə qərar verə bilmirik. Qarabağ barədə danışanda hamı başqasını ittiham edir. Məncə, əvvəlcə özümüzü ittiham etməliyik. Düşünürəm ki, Azərbaycan xalqı Qarabağı azad etmək üçün fədakarlığa, qəhrəmanlığa hazır deyil”.


Maraqlıdır, həqiqətənmi Azərbaycan xalqı işğal altında olan torpaqlarımızı azad etməyə hazır deyil ?

Sualımızı cavablandıran Azərbaycan Demokrat Partiyasının (ADP)sədri Sərdar Cəlaloğlu "Sherg.az”a bildirib ki, xalqımız hər zaman torpaqlarımızı işğaldan azad etməyə hazırdır:

"Qardaşım oğlunu Qarabağda itirən biri kimi deyirəm, bundan sonra ailəmizdə olan bütün kişilər torpaqlarımız uğrunda həlak olmağa hazırdır. Fədakarlığın buynuzu olmur ki ?! Kimlərsə övladlarını Qarabağ uğrundan qurban vermək istəmirsə, bu onların öz işidir. Biz onlara deyə bilmərik ki, vətən və xalq üçün fədakar ol.

Amma Qarabağın azadlığı uğrunda 20 min şəhid həyatını itirib. Bu da Qüdrət Həsənquliyevin yalan dediyini, Azərbaycan xalqının Qarabağ uğrunda münasibətinin təhrif olunmuş şəkildə çatdırıldığını göstərir. Guya xalqımız istəmir ki, Qarabağ uğurunda döyüşlər olsun. Bəs, şəhidlərimiz necə canını itirib, fədakarlıq nə deməkdir? Şəhidlikdən böyük fədakarlıq yoxdur axı ! Qarabağın azadlığı uğrundan nə qədər adam şəhid olub. Bəs bu fədakarlıq deyil?

Xalqın fədakarlığını qələbəyə yönəldilməlidir. Bunun günahı xalqda deyil. Xalq ölümə hazırdır, amma müharibə edilmir. Biri deyir ki, artıq Şuşanı itirmişik və qaytara bilmərik, o birisi deyir ki, torpaqların azad olunması üçün xalq fədakarlığa hazır deyil. Qüdrət bəy də bu prosesdə aktiv iştirak edir”.
sherg.azшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.