“Ermənistan Rusiyadan bu günə kimi heç bir silah almayıb” – “Bu silahlar təmənnasız verilib”

12-06-2019, 16:05           
“Ermənistan Rusiyadan bu günə kimi heç bir silah almayıb” – “Bu silahlar təmənnasız verilib”
Elman Məmmədov: “Rusiya çar dönəmindən erməniləri silahlandırmaq və qorumaqla məşğuldur”
Rusiyanın Ermənistanı silahlandırması, işğalçı ölkəyə müasir artilleriya sistemləri, qırıcı təyyarələr və s. verməsi torpaqları işğal altında olan Azərbaycanda daim narahatlıqla qarşılanan məsələlərdən biridir. Paşinyanın bir müddət bundan öncə Rusiyadan yeni silahalr alacağı ilə bağlı məlum bəyanatı isə bu narahatlığı bir qədər də artırmaqdadır.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov Ermənistanın Rusiyadan silah alacaq qədər vəsaitinin olmadığını, bu silahların zaman-zaman düşmən ölkəyə qarşılıqsız olaraq verildiyinə diqqət çəkdi:

“Ermənistan Rusiyadan bu günə kimi heç bir silah almayıb. Bu gündən sonra da Ermənistan Rusiyadan heç bir silah almayacaq. Onlara silahı hər zaman Rusiya özü verib və bundan sonra da verəcək. Ermənistanın guya bu silahları alması ilə bağlı deyilənlər gözə kül üfürməkdən başqa bir şey deyil. Ermənistanın silah alacaq maddi gücü yoxdur. Rusiya tarix boyu, çar Rusiyası dönəmində də erməniləri silahlandıraraq qoruyub. Sovetlər İttifaqında da onları silahlandırıb qoruyub. Rusiya bu gün də eyni işi görür. Bu, bizim üçün yeni bir şey deyil.

Rusiyanın müsir silahlarla silahlanmış böyük bir ordusu Ermənistan ərazisində yerləşir. Onlar Ermənistanın sərhədlərini, eləcə də hava məkanını qoruyur. Erməniləri lazımi silah-sursatla təmin edir. Reallıq bundan ibarətdir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.