Azərbaycanlı hakerlərlə əlaqəmiz var` - “Ayyıldız Team”

11-11-2015, 14:29           
Azərbaycanlı hakerlərlə əlaqəmiz var` - “Ayyıldız Team”
Haker (hacker ingilis sözüdür, hack-yarmaq, sındırmaq) proqramlaşdırmanı çox gözəl bilən, komputerlər üçün yeni proqramlar yaradan və onları dəyişdirən, həmçinin kompüter şəbəkəsinin normal fəaliyyətini təmin edərək, əks tərəfin komputerində proqram sistemini korlaya bilən şəxslərə hakerlər deyilir. XX əsrin 60-cı illərində formalaşmağa başlayan haker anlayışı, bu gün bütün dünyada fərdi və qruplar şəklində fəaliyyət göstərir. Onlardan biri də türk haker qrupu “Ayyıldız Team”dır.

DİA.AZ olaraq elektron ünvanımıza gələn “Ayyıldız Team”la gerçəkləşdirilən maraqlı müsahibəni təqdim edirik.

- “Ayyıldız Team”ı qısaca tanıya bilərik ?

- “Ayyıldız Team” - internet aləmində Türkiyə Respublikasına, onun bütün ictimai təşkilat və quruluşlarına yönələn hər cür virtual hücumu aradan qaldıran, anti-Türk, anti-İslam, ateist, satanist, pornoqrafik, konstitusiya nizamına qarşı olan saytların və sistemlərin nəşrlərini dayandıran, faydalı saytlara və sistemlərə lazım olan texniki dəstəyi verən, həmçinin Türkiyə Respublikasının bütövlüyünü pozmağa çalışanlarla mübarizə aparan haker qrupudur. Virtual dünyada, ölkəmizə, millətimizə, dövlətimizə, bayrağımıza, dinimizə, bölünməz bütünlüyümüzə edilən hər cür haqsız hücumun qarşısının alınması isə təməl məqsədimizdir.

- “Ayyıldız Team” nə zaman qurulub ?

- Bu qrupun yaranma tarixi 2002-ci ildən başlayır. İlk dəfə “Ayyıldız Team”ı qurmaq fikri 2002-ci ildə Cedkan adlı birinin ağılına gəlib. Gələcəyi görmə məsələsi deyək buna. Bunu Türkiyədə qurmaq çətindir, çünki siyasi güc tələb edir.

- Bu qrupun neçə üzvü var?

- Rütbəli üzvlərimizin sayı davamlı dəyişir. Onların sayı təxmini 950 mindir. İctimai mediada isə izləyicilərimizin sayı 9 milyona yaxındır .

- Pul qarşılığında hakerlik etmisiniz?

- 10 ildən çoxdur bu işlə məşğuluq, amma bu zamana kimi heç vaxt pul qarşılığında iş görməmişik və Allah ömür verdikcə də bu kimi hallar olmayacaq. Bu işin ən zövqlü tərəfi odur ki, biz 15 TL-lik klaviatura ilə ölkəmizi dünya xaricində təmsil edirik.

- Azərbaycan hakerləri ilə işbirliyiniz olub?

- Təbii ki, zaman-zaman əlaqə qurduğumuz dostlar olub. Amma rəsmi olaraq azərbaycanlı hakerlər ilə əməkdaşlıq etdiyimizi deyə bilmərik.

- Sizin digər haker qrupları ilə fərqiniz nədir?

- 2002-ci ildən bəri əldə etdiyimiz nailiyyətlər ilə artıq hər kəs bizi tanıyır. Onsuz da adımızda niyyətimizi müəyyən edirik. Fərqimiz də elə bundadır. İnternet bu gün psixoloji müharibə vasitəsidir və atom bombasının təsirindən daha güclü bir dağıdıcı təsirə malikdir. Bu döyüş vasitəsindən, xüsusilə, Türk və İslam düşmənləri daha çox istifadə edir. Məqsədimiz Türkiyə Respublikasını bu kimi təsirlərdən qorumaqdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.