Vitse-spiker MTN-dəki həbslərdən danışdı - “Azərbaycanın təhlükəsizlik sistemi etibarlı əllərdədir”

12-11-2015, 14:54           
Vitse-spiker MTN-dəki həbslərdən danışdı - “Azərbaycanın təhlükəsizlik sistemi etibarlı əllərdədir”
“Baş verən proseslər heç bir halda Azərbaycanın milli təhlükəsizlik sistemini sarsıtmayıb və sarsıda bilməz”.

APA-nın xəbərinə görə, bunu Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında baş verən son proseslərə münasibət bildirərkən deyib.

Z. Əsgərpov bildirib ki, bu məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarında iş gedir: “Amma ümumiyyətlə, milli təhlükəsizlik orqanları öz işləri ilə məşğuldurlar və Azərbaycanın təhlükəsizlik sistemi etibarlı əllərdədir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.