Kəmaləddin Heydərovdan kömək istəyən sahibkarın durumu ağırlaşıb - "Atam sapsağlam ailəsinin başında olsun"

13-11-2015, 11:48           
Kəmaləddin Heydərovdan kömək istəyən sahibkarın durumu ağırlaşıb - "Atam sapsağlam ailəsinin başında olsun"
Keçən günlərdə redaksiyamıza müraciət edən Bərdə rayon sakini Hidayətov Namiq Raquf oğlunun Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova şikayətindən xəbərdarsınız. Bərdə sakininin DİA.AZ-a daxil olan və nazirə ünvanlanan müraciətində deyilirdi ki, Bərdədə hörmətli iş adamı kimi tanınan atası ədalətsiz qərarların və ədalətsiz yanaşmanın qurbanıdır.

DİA.AZ olaraq nazirə ünvanlanan həmin müraciəti xatırladırıq:

«Hörmətli Kəmaləddin müəllim. Bütün ölkə Sizin bu dövlət qarşısında xidmətlərinizi gözəl başa düşür. Məhz buna görədir ki, Siz xalq arasında cənab prezidentimiz İlham Əliyevin ən etibarlı silahdaşlarından biri, bəlkə də birincisi kimi tanınırsınız. Sizin bu dövlətə, bu millətə və cənab prezidentə olan sədaqətiniz xalq arasında böyük rəğbətlə qarşılanır.

Bundan əlavə, bu gün Kəmaləddin Heydərovun özü ilə yanaşı, yaxınlarının, övladlarının da nümunəvi həyat tərzi sürmələri kimsənin nəzərindən yayınmır ki, bu da xüsusi olaraq qeyd olunmalıdır.

Amma bir hadisə bu gün məni Sizə müraciət etməyə vadar edib. Uzun illər inşaat sahəsində çalışan atam Hidayətov Raquf Xosroy oğlu Sizə yaxın olduğu deyilən şəxslərlə 2008-ci ildə problem yaşayır. Mən problemin təfsilatını yazmıram. Əgər araşdırılması üçün göstəriş versəniz, hər şeyin mahiyyətini ən dolğun şəkildə biləcəksiniz.

Qəzadan, atam Sizin yaxınlarınızdan biri ilə yaşadığı hadisə sonra həbsə girir. Artıq 2008-ci ildən bu günə qədər həbsdədir. 8-ci ildir ki, şəkər xəstəsi olan atam həbsdə olarkən anamı da itirdik. Durumumuz olduqca ağırdır. Sözlə izah olunası deyil.

Mən və digər ailə üzvlərimiz Sizdən atamla bağlı xahiş etmək istəyirəm. O qədər də ağır olmayan cinayətin müqabilində Sizə yaxın olan şəxslər məhkəməyə təsir edərək atama ağır cəza verdiriblər. Şükür Allaha… ölüm-itim olmayıb və bu səbəbdən 12 il 6 aylıq cəza hazırda sağlamlığı problemli olan atam üçün çox ağır cəzadır.

Biz dəfələrlə müxtəlif məhkəmə instansiyalarına etirazla, cəzanın azaldılması istəyilə müraciət etmişik. Amma bizə deyirlər ki, Kəmaləddin Heydərovun yaxın adamları məhkəməyə təsir göstərirlər. Hətta atamın əfvə düşməsinə belə əngəl yaradırlar.

Biz bir vətəndaş olaraq Sizdən xahiş edirik. Lütfən, bu işlə maraqlanın. Biz Sizin insanlığınıza, millətsevərliyinizə güvənirik.

Və inanırıq ki, bu işi araşdırdıqdan sonra atamın heç olmasa bu yeni il bayramında ailəsinin başında olmasına köməklik edəcəksiniz.

Allah bağışlayandır… Və Sizin də hansısa qərəzə və kinə söykənmədyinizə inanaraq xahişimizi nəzərə alacağına ümid edirik və öncədən Sizə təşəkkür edirik»

***

DİA.AZ-a son vəziyyətlə bağlı açıqlama verən Namiq Hidayətov bildirdi ki, hazırda məhbəsdə saxlanılan atasının səhhətində ciddi problem yaranıb: "Biz atamın taleyindən narahatıq. Bizə heç nə lazım deyil. Ədalətli yanaşma istəyirik. Atam sapsağlam ailəsinin başında olsun".

Bu arada artıq qeyd olunan problemlə maraqlananların da olduğunu bildirən N.Hidayətov atasının bu yeni il bayramında ailəsinin başında olacağına inandığını da bildirdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.