"İranın 70 faizi Azərbaycan torpaqlarıdır"... - Mirzə Sakit başına gələnlərdən danışdı

13-11-2015, 14:12           
Belçikada mühacirətdə yaşayan satirik şair Mirzə Sakitin radikal dindarlar tərəfindən bıçaqlandığı barədə sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Mirzə Sakit özü haqqında son günlər yayılan bu informasiyalara aydınlıq gətirib.

O, qeyd edib ki, bıçaqlanmasa da, döyülüb. Satirik şair bununla bağlı Facebook-da bildirib:

"İranın 70 faizi Azərbaycan torpaqlarıdır"... - Mirzə Sakit başına gələnlərdən danışdı
“Son iki gündə haqqımda yayılan xəbəri olduğu kimi sizlərlə bölüşməyi özümə borc bildiyimdən yayılan məlumatlara aydınlıq gətirirəm.

Üç gün öncə Brüssel şəhərindən başqa bir şəhərə getmək üçün Brusseldəki “Nord stasion” adlanan dəmir yolu vağzalından bilet aldım. Qatarın yola düşməsinə 45 dəqiqə qalmışdı.

Fikirləşdim ki, vaxtımı keçirmək üçün vağzala yaxın kiçik parkda bir az oturum və həmin parka gəlib oturacaqların birində əyləşib siqaret yandırdım. Bu vaxt üç nəfər mənə yaxınlaşıb siqaret istədilər, mən də siqaret qutusunu çıxardıb sayğı göstərərək açıb onlara tərəf uzatdım. Onlardan ikisi siqaret götürüb, biri sağ tərəfimdə, biri isə sol tərəfimdə əyləşdilər, üçüncüsü isə mənimlə üzbəüz ayaq üstdə dayandı.

Qeyd edim ki, danışıqlarından onların fars olduqlarını bildim. Məndən haralı olduğumu soruşduqda – Azərbaycandanam – dedim. Sən demə biri azərbaycanca bilirmiş. Qayıdıb mənə dedi ki, “Həə, Azərbaycan İranın bir əyalətidi”. Mən də dedim “yox, əksinə, İranın 70 faizi Azərbaycan torpaqlarıdır, bir zamanlar İran imperialist qüvvələrlə birləşərək o torpağlarımızı işğal ediblər”.

Bunu dedikdə sifətini bozardaraq dedi “İran istəsə, Azərbaycanı bir saata alt-üst edər”.
Mən də dedim “mollanın işi yasin oxumaqdı, getsin yasinini oxusun, yəhudilərə də üzdə düşmən deyib, əl altdan onlarla bir ittifaqda olsunlar, rusun da alətinə çevrilsinlər”.
Dedi “molla yox, bizdə müctehidlər var, Xomeyni kimi ayətullahlar var ki, onları da bütün müsəlmanlar sevirlər”.
Mən də cavabında dedim “Özünü insan bilən şəxs Xomeyniyə və dediyin o müctehidlərə hizmət göstərməz, onlar insanlıq düşmənləridir, hamısı cinayətkarlardı”.
Elə bunu deməyi gördüm, sağ və sol tərəfimdə oturanlar hər ikisi məni yumruqlamağa başladılar, qarşımda ayaq üstə dayanan isə güclü təpiklə sinəmdən vurdu.
Mən ayağa qalxdım və bərkdən fars dilində “Pədər söxtə” dedim.
Azərbaycanca danışan isə cibindən bıçaq çıxarıb dedi “kafir, sənin başın kəsilməlidir”.

Ətrafdakı adamların bizə yaxınlaşdığını və o adamlardan birinin “polis çağırmaq lazımdı” deməsini eşitdikdən sonra tez uzaqlaşdılar...

Sinəmə dəyən təpik zərbəsi halımı pisləşdirdi və yerə oturdum, bir fransız qadın çantasından su çıxardıb mənə verdi, sonra həkim çağırdılar, ambulans gəlib məni apardı, müayinədən keçirtdikdən sonra mənə bəzi iynələr vurdular, həblər verdilər...
Hal-hazırda evdəyəm.

Bu gün isə günorta saatlarından axşama qədər yaşadığım evin qarşısında saqqallı bir nəfər dayanıb bizim pəncərəyə tərəf boylanırmış. Kürəkənim həmin adamın şəklini telefonla çəkə bilib”.

Sonda satirik şair belə bir tövsiyə də yazıb: “Bəşəri dəyərlərə və insanlıq üçün təhlükə mənbəyi olan İran ayətullahları, o cümlədən Xomeyni, Xamneyi kimi qaniçənləri dəstəkləyənlərdən, onlara sayğı göstərənlərdən uzaq olun, elələri dövlətçiliyimiz üçün qatı düşmənlərdilər. Gözünüzün işığı da olsa belə, bu tip insanları həmişə ifşa edin.

Biz hakimiyyətləri tənqid etsək də, hətta əsəbləşib hakimiyyətdəkilərə qarşı aqressiv çıxışlar etsək də, Azərbaycan dövlətçiliyinə qarşı seperat çıxışlar edənlərə, dediyim o Xomeyni kimi insanlıq düşmənləri olan ayətullahların əllərini öpənlərə qarşı amansız olun. O əl öpənləri isə dəstəkləyənləri həmişə lənətləyin... Yaşasın Azərbaycan Xalqı, Azərbaycan Dövlətçiliyi!!.. Rədd olsun fars şovinistləri və onların Azərbaycandakı dəstəkçiləri”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.