“Bəzi məmurların kabinetində 15 minlik mebel var, amma 15 min xeyiri yoxdu”

10-07-2019, 08:32           
“Bəzi məmurların kabinetində 15 minlik mebel var, amma 15 min xeyiri yoxdu”
“Elə məmur var ki, onun kabinetinə qoyduğu mebelin 15-20 min manat qiyməti var. Lakin o, bütün məmurluq fəaliyyəti boyu dövlərə 15 min manatlıq xeyir verməyib”.

Teref.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Partiya sədri qeyd edib ki, ölkə başçısının məmur və məmur övladlarına xəbərdarlıqlarına rəğmən, bəzi məmrular hələ də dəbdəbəli həyat tərzindən əl çəkməyib:

“Məmurların dövlər hesabına cah-cəlallı yaşayışı yasaqlanmalıdır. Bu, dövlətçilik ənənələrinə ziddir. Ölkə başçısı da dəfələrlə çıxışlarında məmurlara çağırış edib, onlara daha mütəvazi həyat tərzi keçirməyi tövsiyyə edib. Hətta Heydər Əliyevin zamanında bahalı villaların kimə məxsusluğunu müəyyənləşdirməyə cəhd etdilər. Ancaq buna baxmayaraq, bu proses hələ də davam edir. Bu prosesə son qoyulmalı, məmurların harın, dəbdəbəli yaşayəş tərzinin qarşısı alınmalıdır. Xalqın və dövlətin maraqları bunu tələb edir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.