Cavid Qurbanov:Cənab prezident əsasən nəqliyyat dəhlizləri sahəsində işlərin daha da sürətlə inkişaf etməsini istəyir.

16-11-2015, 12:11           
Cavid Qurbanov:Cənab prezident əsasən nəqliyyat dəhlizləri sahəsində işlərin daha da sürətlə inkişaf etməsini istəyir.
ANS TV-də "Hesabat"ın qonağı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Cavid Qurbanov oldu. Mir Şahin Ağayevin suallarına cavab verən Cavid Qubanov Azərbaycanda dəmir yollarının vəziyyəti və qurumla bağlı bir çox məqamlara aydınlıq gətirib. Müsahibədə qlobal böhran şəraitində beynəlxalq yükdaşımalarının əhəmiyyətini artmasından, Azərbaycanın malik olduğu coğrafi üstünlükdən nə qədər bəhrələnə biləcəyindən və s. barədə danışılıb. Şübhəsiz, Prezidentin prioritet elan etdiyi Bakı - Qars - Axalkalaki layihəsi üzərində xüsusi dayanılıb.

- Cavid müəllim biz sizinlə bu postda, daha doğrusu bu statusda ilk görüşümüzdür. Yeni statusda sizin gəlirləri artırmaq imkanınız nə qədər artır?

- Cənab prezident geçirdiyi sonuncu müşavirədə nəqliyyat dəhlizinin inkişafı və onun perspektivləri haqqında danışarkən bəyan edib ki, bir kisə öz yükünü gətirib bizə verməyəcək. Məhz bu vaxtından deyilmiş bir həqiqətdir. Cənab prezident əsasən nəqliyyat dəhlizləri sahəsində işlərin daha da sürətlə inkişaf etməsini istəyir. Bunun üçün nə etmək lazımdır? Təbii ki, gömrük, vergi, tarif siyasətinin yumşaldılması, eyni zamanda “bir pəncərə” və “açıq qapı” sisteminə keçilməsi, eləcə də daha çox müştərinin Azərbaycana cəlb edilməsi - Çin, Hindistan, Rusiya bu kimi böyük dövlətlərin yüklərinin İran üzərindən keçməsi. Aparılan araşdırmalar zamanı məlum olub ki, Çindən Avropaya daşınan yüklərin həcmi 100 milyon tona yaxındır. Yəni Çin ilə Avropa ölkələri arasında yük dövriyyəsi 650 milyard dollar təşkil edir. Hazırda mövcud iqtisad vəziyyəti nəzərə alsaq, rəqəmlərdə az da olsa, azalma və ya çoxalma prosesi gedir. Buna baxmayaraq bu böyük bir rəqəmdir. Yüklər üç əsas yolldan istifadə edilməklə daşınır. Bunlardan isə ən səmərilisi Azərbaycan üzərindən olan yoldur.

Belə ki, həm məsafə, həm də tarif qiymətləri baxımından sərfəlidir. Bir daha qeyd edim, bunun üçün nə etmək lazımdır? Sadəcə olaraq şərait yaratmaq lazımdır ki, bu yüklər əldə çıxmasın. Vaxtilə bunun arxasınca düşən, bu istiqamətdə danışıq aparmaq, eləcə də cəlb etmək istəyən olmayıb. Hazırda biz elə etməliyik ki, yükləri Azərbaycana cəlb edə bilək. İstər dənizdə, istər portda, istər dəmir yolunda, istərsə də avtomobil nəqliyyatında qiymətlərin tənzimlənməsi ilə bağlı cənab prezidentin sərəncamı var. Sərəncama uyğun olaraq İqtisadi İnkişaf Nazirliyi yanında Kordinasiya Şurası yaradılıb.

- Belə başa düşüdüm ki, bizdə ayrı-ayrı sahələrdə ayrı-ayrı tariflər var. Gəmiçliyin öz tarifləri var, dəmir yolunun öz tarifləri var. Mümkündürmü ki, vahid tarif sisteminə keçməklə bütün bu xərcləri optimallaşdıraq? Burda yükdaşıyan insanların da müəyyən mənada qayğıları azalır.

- Əsas bazarlar - Çin, Hindistan və Avropadır. Yüklər məhz Qazaxstan, Azərbaycan və Gürcüstandan keçir. Əgər biz Azərbaycan - İran arasında yolun inşasını başa çatdıra bilsək, bu zaman Hindistandan - Mumbaydan, yəni Bombeydən başlamaqla, Bəndərabbasdan Azərbaycan üzərindən keçməklə, Rusiya Helsinki və Avropanın ortalarına qədər davam edər. Məhz “İpək yolu” dediyimiz bu şimal – cənub və şərq - qərb dəhlizləri həm Azərbaycanın, həm də Gürcüstanın üzərindən keçir. Gürcüstan isə güclü bir iqtisadiyyata malik deyil. Yüklərin daşınmasıda Gürcüstan çox maraqlıdır. Ona gərə də burda hər bir kəs maraqlıdır. Bu məqsədlə də Qazaxstan, Azərbaycan, Gürcüstan dəmir yolları ilə birlikdə bir şura yaratmışıq. Şuraya “Qazaxıstan Dəmir Yolları”nın rəhbəri sədrlik edir. Ayrı-ayrı tariflərə gəlincə, təbii ki, bu ayrı-ayrı da olmalıdı. Məhz cənab prezident Kordinasiya Şurası yardanda məqsədi bunları tənzimləmək olub. Yəni hərə öz bildiyi tarifi verməsin. Yükləri Azərbaycana cəlb edə bilək. Bir faktı ictimaiyyətin nəzərinə çatdırım ki, son beş ay ərzində - Cənab prezidentin verdiyi əlavə səlahiyyətlər müddətində daxili yük daşımaların həcmi azlıb, tranzit yük daşımaların həcmində isə15 faiz artım qeydə alınıb. .

- Cənab prezident İlham Əliyevin dediyindən də belə anlaşıldı ki, Bakı - Qars - Axalkalaki maşrutu hələ ki, sonadək icra olunmur və bu isə dövlət başçısını narahat edir.

- Əlbəttə ki, narahat etməlidir. Çünki, bu layihənin icrasına 2007-ci ildə start verilib. Burada bəzi məslələr var ki, bizdən aslı deyil. Bu layihə ölkə başcısı cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə başlanılmışdı.Tikiti Azərbaycanın ayırdığı maliyyə vəsaiti ilə həyata keçirilir. Ordakı işlər Azərbaycan şirkətləri tərəfindən aparılır. Məhz layihənin icrası zamanı Azərbaycan şirkətlərinin iştirak etməsi əsas və vacib şərtlərdən biri idi. İşlər Nəqliyyat Nazirliyinə tapşırıldı. Gürcüstan ərazisində olan yolun uzunluğu 183 kilometdir. 183 kilometr yolun 30 kilometri yeni tikilidir. Türkiyə sərhəddindən Axalkalakiyə qədər olan sahədir. Yerdə qalan 153 kilometri isə bərpadı. Amma sizi əmin edirəm ki, reablitasiya işi heç də tikintidən geri qalmır. Çünki, bu layihənin icrasından öncə bildirilmişdir ki, orda yol var. Əslində isə orda yoldan əsər - əlmat belə yox idi. Sadəcə olaraq orda köhnə yataq vardı. Həmin yeri Gürcüstan tərəfi bərpa etdi. Demək olar ki, orda hər şey yenidən qurulur.

Eləcə də Gürcüstanda keçirilən məlum prezident seçkilərilə bağlı layihənin tikintisində iki ilə yaxın bir gecikmə oldu. Amma buna baxamayaraq artıq Azərbaycanın öhdəsinə düşən 183 kilometrlik yol hazırdır. İlin sonundək yanacaqla işləyən lokomativlərlə həm Azərbaycan, həm də Gürcüstan tərəfi istismara hazır olacaq. Orda Azərbaycan və Gürcüstan tərəfindən bir firma yaradıldı. Həmin firma ayrı bir qurum kimi oranı idarə edəcək. Sadəcə olaraq Türkiyə 75 kilometr sahədə yolun tikintisini həyata keçirir. Artıq orada da tikinti işlərinin 70 faizi baş çatıb. Eyni zamanda Türkiyədə də hökümət böhranı ilə əlaqədar olarq il yarımdır ki, bu məslələr dayanmışdır. Sonra cənab prezidentin göstərişi əsasında Abid Şərifovla birlikdə Əhməd Davudoğlu ilə görüşdük. Onlar söz verdilər ki, 2016-cı ilin sonuna qədər yol tikilib başa çatdırılacaq. Narahatçılıq biz tərəfdə deyil, narahatçılıq əsasən o tərəfdəndir.

- Bizim Türkiyə hər hansı bir təsir mexanizmiz varmı?

- Məsələ ilə bağlı onlardan xahiş etdik. Artıq bu məsələ ilə bağlı orda işlərə başlanılıb.

- Türkiyə tərəfi başa düşür ki, bu layihə onlar da çox vacibdir?

- Bu layihə onlar üçün də çox vacibdir. Belə ki, yol açılandan sonra yüklərin daşanması sürətlənəcək. Çünki quru yolla daşınan yüklərin həcmi çoxdur.

- Ümumiyyətlə layihə nə qədərlik layihədir?

- Ümumilikdə götürəndə layihənin qiyməti 775 milyondur. Onun 720 milyonu tikinti işlərinin aparlmasına ayrılıb. Hazırda layihənin tikintisinə Azərbaycan tərəfindən 520 milyon dollar vəsait ayrılıb.

- İran - Azərbaycan arasında bir düyün var, Astara - Rəşd - Qəzvin. Bu yolla nə problemimiz var bizim?

- 153 kilometrlik Rəşd - Astara yolu var. İran tərəfindən tikilməmiş yolun uzunluğu Qəzvindən götürəndə 350-370 kilometrdir. Artıq onlar yolun Qəzvin - Rəşd hissəsini tikiblər. Qalır Rəşd - Astara. Bu yolun tikintisinə 400 milyon dollar pul lazımdır. Son danışıqlarda İran tərəfi ilə bərabər finas axtarmaqla bağlı qərar verdik. Ola bilsin ki, finansın axtarılmasında Azərbaycan tərəfi də yardımcı olacaq. Nə formada yardımçı olacaq? Biz də onlar üçün kredit axtaracağıq. Bununla bağlı İran tərəfi qarant verir, kredit İran tərəfinin hesabına götürüləcək.

- Biz özümüz niyə tikmirik?

– Hazırda bu məsələ ilə İqtisadi İnkişaf Nazirliyi məşğuldur.

- Mən fikirləşirəm, görün nə vaxtır ki, bu məsələ gündəlikdədir. Sözün həqiqi mənasında yerdə qalıb və onun üstündən görün biz nə qədər pul qazana bilərdik, amma qazanamamışıq və qazanmamaqda da davam edirik?

- Orada körpünü və 8 kilometrlik yolu tikmiş olsaydıq, eləcə də tikintiyə 50 milyon pul xərcləmiş olsaydıq və o yoldan bu illər ərzində bir miyon ton yük keçmiş olsaydı və tonu 30 dollardan götürsək, bu 30 milyon edər. 15 il ərzində bu 450 milyon edir. Dəhliz işləmiş olsaydı, dəhliz çay kimi bir şeydir. Qabağını kəsirsən dayancaq, amma qabağını açarsan axıb gedəcək. Arxdı, bunu açmaq lazımdır ki, bu su burdan getsin.

- İndi sizin proqnozunuz necədir?

- Hesab edirəm ki, birinci 8 kilometirlik yolun və köpünün tikintisi 8 ay ərzində yekunlaşacaq. Ola bilsin ki, körpüdə problem olsun. Bu işə düşəndən sonra bu yolla 10 milyon tona qədər yük daşımaq imkanımız var. Ançaq İran Astarasına keçməklə. Rəşd - Astara hissəsinin tikilməsini gözləmədən, bunu edə bilərik.

- Bu gün Azərbaycanda necə kilometr dəmir yolumuz var bizim?

- Ümumiyyətlə Azərbaycanda stansiya və əlavə yolları daxil təxminən 4 272 kilometr dəmir yolu var.

- Bu 4 272 kilometr dəmir yolu mənəvi cəhətdən köhnəli və dəyişdirlməsinə ehtiyac var.

- Hazırda hamısının dəyişilməsinə ehtiyac yaranıb. Cənab prezidentin sərəncamı ilə kredit ayrılıb. Burada bizə həm Maliyyə Nazirliyinin həm də hökümətin dəstəyi var. Artıq iki il ərzində Bakı - Böyük Kəsik istiqamətində 400 kilometrə qədər yol təmir olunub. Demək olar ki, bizdə olan lokomotivlərin orta yaş həddi 30 ildən yuxarıdır. Son onlarq 3 - 4 ədəd yeni lokomotiv ala bilmişik. Eyni zamanda Rusiyadan 3 minə yaxın yük vaqonları almışıq.

- Bütün bu işləri normal məcraya düşməsinə, keyfiyyətə xidmətdən ötrü lazım olan şəraitin yaranmasına sizcə nə qədər vaxt lazımdır?

– Hesab edirəm ki, 3 - 4 ildən sonra artıq deyə bilərik ki, bizim sərnişin daşımamız qaydasındadır. 3 - 4 ildən sonra deyə bilərik ki, yüklərin təhlükəsiz daşınması təmin olunur. Çünki, burda hər şey elektronlaşmalıdır, onlinə sistemi, rabitə işarə etmə düzəlməlidir. Yəni hər şey yenidən qurulmalıdır.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.