"Ümid edirlər ki, “bəlkə də qaytardılar”, amma bu, mümkün deyil" - Aqil Abbasdan Rafael Cəbrayılova CAVAB

1-10-2019, 19:25           
"Ümid edirlər ki, “bəlkə də qaytardılar”, amma bu, mümkün deyil" - Aqil Abbasdan Rafael Cəbrayılova CAVAB
Uzun müddətdir borc qalmaqalı ilə üzləşən və deputat vəsiqəsini girov qoymaqda ittiham edilən, nəhayət, ötən gün istefa verən millət vəkili Rafael Cəbrayılov elə həmin gün də mətbuat konfransı keçirərək haqqında yayılan xəbərlərə aydınlıq gətirdi.

Onun xüsusilə diqqəti çəkən sözləri isə kommunist bileti ilə bağlı oldu. Lenindən sitat gətirərək, əqidəsini dəyişməyin “siyasi fahişəlik” olduğunu deyən R.Cəbrayılov hələ də Kommunist Partiyasına üzvlük biletini saxladığını dedi. Həmçinin, Mirzə Cəlildən “bəlkə də qaytardılar” sitatını da gətirdi.

Məsələ ilə bağlı Axar.az-a danışan millət vəkili, yazıçı Aqil Abbas bildirib ki, o özü də bu partiyanın üzvü olub:

“90-cı ildə (20 Yanvar qırğınından sonra) hamı ilə birlikdə həmin bileti yandırdım. O zaman o partiyanı sevərək üzv olmamışdım. Bu partiyaya üzv olmayanları müəyyən vəzifələrə götürmürdülər. Yəni biz Kommunist Partiyasına sevgidən deyil, məcbur üzv olmuşuq. İndi o bileti kimsə saxlayırsa, bu onun seçimidir. Lakin müstəqil Azərbaycanı Kommunist Partiyasına qurban vermək xoş deyil. Bu gün də Kommunist Partiyası leqal şəkildə fəaliyyət göstərir və üzvləri var. Onları heç kim qınaya bilməz. Ümid edirlər ki, “bəlkə də qaytardılar”, amma bu, mümkün deyil.

Aydın Mirzəzadə: Rafael Cəbrayılovun fikirlərinə şərh vermək istəmirəm. Bu onun seçimidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.