Aqil Abbas: Niyə xəstəxanalarda rüşvət baş alıb gedir? - VİDEO

8-10-2019, 17:09           
Aqil Abbas: Niyə xəstəxanalarda rüşvət baş alıb gedir? - VİDEO
İTV telekanalında yayımlanan “3D” verlişinin bu dəfə ki qonağı millət vəkili Aqil Abbas olub.
Yeniavaz.com xəbər verir ki, aparıcı millət vəkilinə daha öncə Səhiyyə Nazirni tənqid etməsi ilə bağlı məsələyə aydınlıq gətirməsini istəyib.
A.Abbas Səhiyyə Nazirliyinin siyasi təşkilat olduğunu bildirib: “Eşitdim ki, Tovuzda ilan sancması olub. Tovuz xəstəxanasında zərdab olmadığı üçü xəstəni Gəncə şəhərində xəstəxanaya gətiriblər, burada da zərdab olmayıb aparıblar Mingəçevirə, ordan da Bakıya gələndə artıq yolda ölüb. Rayonlarda ən müsair tipli xəstəxanalar tikilib, müasir avadanlıqlarnan təchiz olunub. Bu zərdab nədir ki, bunu xəstəxanalarda tapmaq mümkün deyil? Niyə uşaq ölümləri artır, xəstəxanalarda rüşvət baş alıb gedir? İndi də sosial sığortaya keçirlər. Bir sözlə Səhiyyə Naziri olub siyasi təşkilat”.
Millət vəkili eyni zamanda rüşvətçiliyin qarşısını sosial sığorta ilə deyil yalnız həkimlərin maaşlarının artırılması ilə alınacağını qeyd edib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.