Üzeyir Mehdizadə əsəbiləşdi: "Bayağı bəyəm pis deməkdi?.." - Müsahibə

21-12-2019, 10:30           
Üzeyir Mehdizadə əsəbiləşdi: "Bayağı bəyəm pis deməkdi?.." - Müsahibə
Tanınmış müğənni Üzeyir Mehdizadə Teleqraf.com-un suallarını cavablandırıb.

- Üzeyir bəy, insanlar tərəfindən çox sevilirsiniz. Səbəb nədir?

- Mən sənətimdə çox əziyyət çəkirəm. Qismət Allahdandır. Bir şey hamı üçün eyni olmur. İnsan var ona hansısa sahədə bir yerə qədər uğurlar əldə etmək qismət olur. İnsan da var əksinə.

- Sizin mahnılarınız Türkiyədə də çox sevilir. Orada şou-biznesə qatılmaq iddianız varmı?

- Belə bir fikrim yoxdur, sadəcə sənətimlə irəli gedib ölkəmizi layiqincə təmsil etməyi düşünürəm. Mənim çıxışlarım yalnız Türkiyədən ibarət deyil, başqa ölkələrdə də konsertlərim olur. Maşallah, çox gözəl keçir və mənə tələbat var.

- Maraqlıdır, Türkiyədə sizi sima olaraq tanıyırlar?

- Bəli, tanıyırlar və çox gözəl münasibət göstərirlər.

- Azərbaycan şou-biznesində özünüzə rəqib tanıyırsınız?

- Qalmaqallı sualdır, ona görə bu tipli sualdan qaçıram.

- Mahnılarınızın yutubda rekord sayda baxış sayı var. Nə zamansa baxış sayını artırmısınız?

- Bunun haradan eşitmisiniz? İlk dəfədir ki, sizdən eşidirəm. Bu haqda mən də demişəm ki, son vaxtlar saxta baxış sayı artıran müğənnilər var. Bu mənim öz qarşıma çıxıb, maraqlanmışam. Amma kiminsə adını çəkməmişəm. O məsələni də mən qaldırmışam. Hansı ki, biz zəhmət çəkib o baxış sayını əldə edirik. İnsanlar da var, beş-üç manat verib hansısa yolla saxta izləyicilər əldə edirlər. Sualı düzgün ünvana ünvanlamırsınız. Bu məsələ mənlik deyil...

- Üzeyir bəy, son zamanlar sizinlə birlikdə trend müğənnilər sırasında Damla və Şəbnəm Tovuzlunun da adı çəkilir. Ümumiyyətlə, onların ifalarını dinləyirsinizmi?

- Maşallah, onların işləri də uğurludur və gözəl nəticə əldə edirlər.

- Onları bayağı musiqini təbliğ etməkdə də günahlandırırlar.

- Bayağı – bəsit, sadə deməkdir. İnsan sadə geyinəndə pis görsənir? Musiqi də elə...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.