Jurnalist milyarderi Alp dağlarında yaxaladı, o isə müsahibə üçün şərt qoydu: "iki şüşə araq içməliyik"

6-01-2020, 17:40           
Jurnalist milyarderi Alp dağlarında yaxaladı, o isə müsahibə üçün şərt qoydu: "iki şüşə araq içməliyik"
Rusiyalı biznesmen-oliqarx Əlişir Usmanov Yeni il tətili günlərində “Financial Times” qəzetinə müsahibə verib.

Virtualaz.org xəbər verir ki, qəzetin jurnalisti Henri Foy bu müsahibənin qəzetin tarixində az qala ən qısa müsahibə olduğunu qeyd edir. O, rusiyalı milyarderi Alp dağlarındakı bahalı otellərdən birinin lobbisində haqlayıb, Usmanov jurnalisti görən kimi deyib ki, günü ağır keçib və söhbəti təxirə salmaq yaxşı olardı.


“Lakin mənim həyatım barədə hər şeyi öyrənmək istəyirsinizsə o zaman bizə ən azı iki butulka araq lazım olacaq”,-milyarder qeyd edib. Nəticədə jurnalist Usmanovla araq içib, ona biznesi və Rusiya hakimiyyəti ilə münasibətləri haqda suallar verib. Usmanov deyib ki, onu oliqarx adlandırmaq düzgün deyil, çünki bütün aktivlərini ikinci əldən alıb, onları özəlləşdirmə sayəsində ələ keçirməyib.

“Heç kim mənə havayı heç nə verməyib”,-Usmanov qüssə ilə deyib. Amma əlavə edib ki, Rusiya dövlətindən həmişə dəstək görüb. Putinlə münasibətləri haqda suala cavab verən milyarder bildirib ki, onu yaşadığı ölkənin lideri kimi qəbul edir və hörmət bəsləyir. “Ona oliqarxlar lazım deyil, ancaq güclü, möhkəm dövlət lazımdır”,-rusiyalı milyarder bildirib.

Varisləri haqda danışan Usmanov deyib ki, sərvətinin yarısını ailəsinə bağışlayacaq, qalan yarısını isə onun biznesini idarə edən menecerlər arasında bölüşdürəcək.

Əlişir Usmanov Rusiyanın ən varlı biznesmenlərindən biridir, USM Holdings qrupunun sahibidir. Milyarderin əsas aktivi “Metalloinvest” şirkətidir və həmin şirkətin səhmlərinin yarısı onundur. Habelə onun holdinqinə bir neçə iri metallurgiya kombinatı, “Meqafon” mobil rabitə operatorunun səhmlərinin 31 faizi və digərləri daxildir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.