Türkiyədə yaşayan azərbaycanlı həkim şok faktlar açıqladı - FOTO

12-01-2020, 00:01           
Türkiyədə yaşayan azərbaycanlı həkim şok faktlar açıqladı - FOTO
Türkiyədə tibb sahəsində işləyən hər kəs onu yaxşı tanıyır. O, həm öz peşəsində sözünü demiş və ölkəmizi laiqincə təmsil edən həkim, həm də Türkiyədə yaşayan həmvətənlərimizin ən yaxın dəstəkçisidir.

Uzman, doktor Cəmilə Ağayeva AZXEBER.COM-a müsahibəsində Türkiyədə tibb sahəsində olan mövcud vəziyyətdən və bu ölkədə tibbi xidmət almaq üçün üz tutan həmvətənlərimizdən danışdı.

-Cəmilə xanım uzun illədir ki, Türkiyədəsiniz. İlk öncə bizə bu ölkəyə gəliş hekayənizdən bəhs edin.

- Mən artıq 12 ildir ki, Türkiyədəyəm. Azərbaycan Tibb Universitetini bitirmişəm. 26 yaşımda Ankaraya gəldim. "Ankara Nümunə Eğitim və Araşdırma Xəstəxanası”nda uzmanlıq təhsil aldım. Universiteti bitdikdən sonra İstanbulda xəstəxalardan işləmək üçün dəvətlər aldım və bir müddət burda işləyib və Türkiyə tibbini daha dərindən mənimsəmək istədim. Ankarada oxuduğum vaxt görürdüm ki, Azərbaycandan buraya çox xətəslər gəlir və onların çoxu çarəsizdilər. Əksəriyyəti türk dilini başa düşmür, Bakıda onlara qoyulan səhv diaqnozların qurbanlarıdır. Borc pul tapıb, son carələrini Türkiyədə görən bu xəsətələr çox vaxt burda aldanırdılar. Açıqcası bu hadisə məni çox təsirləndirirdi. İstanbula gələndən sonra qərar verdim ki, bir sağlamlıq turizm şirkəti quraraq bu xəstələrin düzgün həkimlərə və xəstəxanalara yönləndirilməsində yaxından köməklik edim. Nəhayət 2012 –ci ildə İstanbulda "Jamilla Sağlamlıq –Turizm Mərkəzini” qurdum. Həkim olduğum üçün demək olar ki, Türkiyədə bütün xəsətxanalarda tanıdığım, bildiyim həkimlər var. İndi Bakıdan gələn hər kəs mənə zəng edir. Gürcüstandan Türkiyəyə gələn xəstələr də, mənim yanıma gəlir.

- Ümumiyyətlə, Türkiyə tibbində vəziyyət nəcədir? Həmvətənlərimiz daha çox hansı xəstəliklərin müalicəsi üçün buraya üz tutrlar?

- Türkiyədə tibb təhsili çox yaxşıdır. Mən Amerikada və Kanadada olmuşam. Türkiyə tibbdə Amerikadan sonra ikinci yerdədir. Hər zaman, hər yerdə deyirəm ki, Türkiyənin tibbi çox güclüdür. Həkim ehtiyacı olmayan heç bir şeyi xəstəyə uyğun görmür. Türk hərkimləri orqanları qorumaq, onlara zərər verməmək üçün bütün imkanlardan istifadə edirlər. Azərbaycanda isə bu tərsinədir. Lazımsız və ehtiyac olmayan dərmanları xəstələr verirlər. Təbii ki, lazımsız dərmanlar orqanları sıradan çıxarır. İlk öncə düzgün diaqnoz quyulmur, sonra da beləcə davam edir. Müalicə yalnış başladığı üçün nəticədə başka xəstəliklərdə yarana bilir. Türkiyədən ora gedən həkimlərimiz də, ora getdikdən sonra dəyişirlər. Dərman şirkətləri pul qazanmaq üçün onları saxtakarlıq etməyə sövq edirlər. Əslində ən bahalı tibbi texnika Azərbaycandadır. İmkanları olanlar xaricə qaçır. Çünki etibar etmirlər. Bakıdan gələn heç bir analizə inanmıram. Adi qan analizləri belə səhv edirlər. Ötən günlərdə Bakıdan çox mötəbər bir məmurana Hepatit C olduğunu demişdilər və hər gün ona 1000 manat iynə vururdular. Ancaq təsadüfən gəldi İstanbula və müayinələrdən sonra məlum oldu ki, tamamilə sağlamdır. Pul üçün insanları ölümə göndərirlər və bu faicədir. Belə örnəklər çoxdur. Ötən günlərdə Gürcüstdan bir xəstəyə ürək əməliyyatı yazılmışdı. Bakıda da, Gürcüstanda da, həkimlər xəstəyə demişdi ki, mütləq əməliyyat olmalısan. Ancaq o xəstə gəldi bura və həkimlər müalicə ilə əməliyyatsız onu sağlamlığına qovuşdurdular.
Azərbaycandan Türkiyəyə müalicə məqsədi ilə gələn xəstələrin çoxu onkoloji xəstələrdir. Ancaq müxtəlif problemlərə, nevroloji, ortepedi problemləri olan xəstələr də, az deyil. Azərbaycan bu xəsətliklərin mülaicəsi üçün bütün texniki cihazlar və imkanlar olsa da, ancaq onları istifadə etməyi bacaran həkimlər yoxdur. Türkiyədə isə bu xəstəliyin müalicəsində qiymətlər bir qədər bahadır. Ancaq türk vətəndaşları tibbdən pulsuz yararlana bilirlər. Onlar dərmanlarını belə apteklərdən ödənişsiz alırlar. Bir müddət öncə elə onkoloji diaqnoz qoyulan bir azərbaycanlı xəstədən 90 min türk lirası əməliyyat üçün pul tələb etmişdilər. Ancaq mən onu gedib danışaraq 25 min türk lirəsinə həll etdim. Xarici ölkələrdən olan vətəndaşlar Türkiyədə xəstəxanalarda heç bir tibbi sığortadan yaralana bilmədikləri üçün qiymətlər fantastik dərəcədə bahalı olur. Ancaq mən yönləndirdiyim həkimlər və xəstəxanalar uyğun qiymətlərdə azərbaycanlı xəstələrə köməklik edilər.

-Türkiyədə tibb sahəsidə təhsil alan xeyli sayda azərbaycanlı tələbələr var. Onlar bir çox təhsilini başa vurduqdan sonra vətənə geri dönmürlər. Bunun səbəbini daha çox nədə görürsünüz?

- Bu çox təssüfləndiricidir. Bəli, Buranın tibbini görən və Türkiyədə həkim adını alan tələbələrdən çoxu geri dönmürlər. Çünki, ilk öncə onlar Türkiyədə həkimə hörmət görürlər. Həkim görəndə ayağa qalxılar. Tibb bacısı və həkim Azərbaycanda eyni statusdadı. Bir dəfə İstanbulda yol hərəkəti qaydalarını pozmuşdunuz. Məni yol polisləri saxladılar və həkim olduğumu deyincə onlar mənə dedilər sizə cəza yox, ödül verməliyik. "Siz insanların həyatlarını qurtarırsız. Gedin” dedilər. Həkimə bütün qurumlarda böyük hörmət var. Həkim olduğumu söyləyincə münasibət tamamilə dəyişir.

-Türkiyəyə estetik əməliyyatlar üçün üz tutan xanımlar da, az deyil. Bu sahədə vəziyyət necədir?

- Mən işlə əlaqədər olaraq İrana da, çox gedib gəlirəm. İranda da, estetik əməliyyatlar çox geniş yayılıb. Bütün xanımlar demək olar ki, əməliyyatlıdır. Ancaq orda olunan əməliyyatlar uğursuz və sünidir. Türkiyədə estetik təbii üsulla edilir. Düşünürəm ki, edilən bütün müdaxilələr təbii mimikanı qorumaq şərtiylə edilməlidir. Bir neçə il öncə Türkiyədə əməliyyat etdirən qızların çoxu bir-birinə oxşayırdı. Ancaq son vaxtlar türk həkimləri təbiiliyə çox üstünlük verirlər. Əvvəllər böyük məmələr arzusunda olanlar çox idi, onun üçün süni üsullardan istifadə edirdilər. İndi bunun əksinə edilər, silikonlar çıxarılır və təbiiliyə üstünlük verirlər.

-Bilirik ki, Türkiyədə aktiv olaraq diaspor fəaliyyəti ilə də, məşğul olursunuz...

- Çox milliyətçiyəm. Azərbyacanlı olmaq mənim ən birinci vəzifəm və işimdir. Mən Azərbaycan dilini və şivəmi dəyişməmişəm. Hara gedirəm qürurla bunu deyirəm. Bəziləri bura gəlir və keçmişini unudular. Bunların içində həkimlərimizdə az deyil. Keçmişini unudanın gələcəyi olmur. Mən her yerdə fəxrlə bunu dilə gətirrəm və hörmət görürəm. Mənim burda türk həkim dostlarım mənə zəng edəndə Azərbaycan dilində danışırlar. Mən onlara Azərbaycan sevgisi aşılamışam. Hər bir vətəndaşımız burda kiçik Azərbaycandır. Bizim kökümüz və özümüz var. Elə gözəl xüsusiyyətlərə malik bir ölkəyik ki, məncə sadəcə Türkiyə deyil dünya bu mədəniyyətə sahib bir milləti tanımalıdır. Ona gördə demək istəyirəm ki, heç vaxt kimliyinizi gizlətməyin. Mən Türkiyədə vətəndaş olmaq üçün bütün hüquqlara malikəm. Ancaq vətəndaşlıq almıram. Azərbaycan pasportunu daşımaq mənim üçün böyük şərəfdir. Çox adam burda yaşamağımın daha da rahatlaşması üçün vətəndaşlıq almağımın vacibliyini deyirlər. Ancaq mən bunu etmirəm. Üç il öncə Marmara Qurupu Vəqfinə üzv oldum və vəqfın olduğu və olmadığı hər yerdə Azəbaycanı təmsil edirəm. Etibar çox əhəmiyyətli dəyərdir. İnsanlar sizə ehibar edib güvənirsə bundan gözəl ey yoxdur. Etibarınızı itirdinizsə hər şeyi itirmisiniz. Azərbaycanlı olmaq Türkiyədə elə türk olmaq deməkdir. Hər yerdə qapılar üzümüzə açılır və Türkiyədə azərbaycanlı olduğumu hiss etmirəm. Azərbaycanlı olduğun zaman süfrədə ən gözəl yerdə sənə yer ayırırlar. Gücüm çatdığı qədər burda da, Bakıya gedən də, kimsəsiz uşaqlar evinə gedirən və yaşlılar evinə baş çəkirəm. Əl tutmaq, kömək etmək insana insan olduğunu xatırladır. Hər gün biraz daha kirlənən dünyamızda gərək möhkəm olub, gözəl keyfiyyətlərimizi üzə çıxarmaq üçün savaşaq.

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.