"Qarabağ cəhənnəmə çevrilməlidir, hər gün Ermənistana əsgər meyiti getməlidir..."

24-01-2020, 11:33           
"Qarabağ cəhənnəmə çevrilməlidir, hər gün Ermənistana əsgər meyiti getməlidir..."
İşğal altındakı torpaqlarımızda qondarılmış separatçı-terrorçu erməni rejiminin başçısı Bako Saakyanın Xankəndi-Basarkeçər yolunun 93-cü kilometrində yerləşən “Valleks Tak Cur”("Tak Cur" ermənicə "isti su" deməkdir) istirahət kompleksində gizli görüş keçirməsi xəbəri Azərbaycanda qəzəblə qarşılanıb.

Separatçı işğalçı rejimin Laçın və Kəlbəcərdə sürətlə məskunlaşma siyasəti aparması azmış kimi torpaqlarımızdakı turistik zonaları sürətlə əcnəbilərə açması diqqəti cəlb edir. Təkcə Rusiya və İran kimi ermənipərəst ölkələrin on minlərlə vətəndaşının regionun turizm cənnətinə gəlib pul xərcləməsi separatçı rejimə həyat mənbəyi rolunu oynamağa başlayıb. Ancaq Azərbaycan bu qanunsuz məskunlaşmanı durdurmaq və turizm cəlbediciliyini sıradan çıxarmaq üçün hansısa kəsərli addımları atmağa tələsmir.

Türkiyənin Ərciyəs Universitetinin professoru, tanınmış ermənişünas alim, siyasi şərhçi Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında baş verənlərə görə özümüzün dövlət və millət olaraq günahkar olduğumuzu deyir:

"Ermənilərin məskunlaşması ilə bağlı vaxtilə "DQR"-ın qəbul etdiyi proqram var və bu proqram əsasında işğal olunmuş ərazilərdə məskunlaşma və sosial infrastruktur qurulmaqdadır. Bunlardan dəfələrlə bəhs etmişik. Onların məqsədi bu ərazilərə təkcə turist cəlb etmək deyil, həm də xaricə mesaj verməkdir ki, bu ərazilər heç vaxt Azərbaycana verilməyəcək. Torpaqları geri vermək fikri olanlar heç vaxt buraya milyonlarla xərc çəkməzlər. Demək Azərbaycanın illərdən bəri buraya səfər edənlərin qara siyahıya salınması ilə bağlı apardığı siyasətin heç bir effekti olmur. Dağlıq Qarabağa və işğal ərazilərimizə kim istəyir gəlir, kim istəyir gedir. Üstəlik turizm inkişaf edir. Məndən tez-tez soruşurlar ki, Azərbaycan nə etməlidir ki, bunların qarşısını alsın? Azərbaycan burada tikilən binaları partlatmalıdır, oraya gələnlər və gəlmək istəyənlər heç bir rahatlıq tapmamalıdırlar. Qarabağ cənnətə deyil, cəhənnəmə çevrilməlidir. Dəfələrlə dediklərimizi bir daha təkrar etməliyəm. Hər gün Ermənistana əsgər meyiti getməlidir. Onlar belə rahatlıq şəraitində turizmi belə inkişaf etdirirlərsə, sərvətlərimizi talayıb özləri üçün həyat mənbəyi təmin edirlərsə, günah bizim özümüzdədir..."












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.