Partiya sədri: "Elman Rüstəmov və Heydər Əsədov dərhal istefa verməlidir"

23-12-2015, 14:02           

Manatın kəskin ucuzlaşması bis çox məhsuların qiymətlərinin artmasına gətirib çıxarıb

Azərbaycanın əsas gəlir mənbəyi neftdir, ancaq neftin qiyməti isə çox aşağıdır. Neftin qiymətinin aşağı olması manatın devalvasiyasına gətirib çıxardı.

İllərdir neftən asılılığıdan qurtulmaq üçün kənd təsərüfatının inkişaf etdirilməsi deyilsə, yazılsa da, görünən odur ki, Azərbaycan kənd təsərrüfatı sahəsində geridə qalıb. Ərazaq məhsullarının böyük əksəriyyəti və yerli məhsul kimi istehsal olunan məsulların xammalı yenə xaricdən gətirilir. Bu da devalvasiya dövründə qiymət artımını labüdləşdirir.

Son maliyyə böhranından sonra ölkədə baş verən prosesləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Ölkə.Az-a verdiyi açıqlamasında şərh edib:

"İkinci devalvasiya gözlənilən idi. İqtisadiyyatımızı neftə bağlamışdıq, neftdən gələn gəlirlərin azalması indi baş verənlərlə nəticələnməli idi. Neftdən asılılığı azaltmaq üçün kənd təsərüffatını inkişaf etdirməliydik. Fabriklər, zavodlar açılmalı idi. Çox təəssüf ki, bu olmadı. Azərbaycan neftən asılı vəziyyətə düşdü. Manatın da kəskin ucuzlaşmasının səbəbi neft faktorudur. Bu gün baxmayaraq ki, Azərbaycanda istehsalı artırmaq üçün böyük imkanlar var, biz hər şeyi idxal edən ölkə vəziyyətinə düşmüşük. Azrbaycanın kənd təsərüfatı ölü vəziyyətindədir. Ona görə ki, ona başçılıq edən keçmiş nazir İsmət Abbasov və indiki nazir Heydər Əsədov o sahəni bilməyən insanlardır. İsmət Abbasov indi baş nazirin müavinidir, ancaq heç bir işə yaramır, villasının qabağına gül əkməklə məşğuldur. İndiki kənd təsərüfatı naziri Heydər Əsədov bir kvadrat metr şoran torpağı əkinə yararlı hala sala bilməyib. Ölkdə kardinal dəyişikliklər, islahatlar aparılmalıdır. Mərkəzi bankın sədri Elman Rüstəmovla kənd təsərüfatı naziri Heydər Əsədov dərhal istefa verməlidir. Heydər Əsədov kənd təsərüfatını, Elman Rüstəmov isə Mərkəzi bankı çökdürüblər.

Günü-gündən vəziyyət pisləşəcək. Ölkədə çaxnaşma gözlənilir. Ona görə də, təcili islahatlara başlanmalıdır. Prezident fövqəladə vəziyyət elan etməlidir. Bəzi kadrları dəyişib, islahatlara başlamalıdır. Eldar Mahmudovun komandasını da unutmaq olmaz, onlar çox ciddi propaqanda ilə məşğuldurlar və hər an ölkəni qarışdıra bilərlər".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.